https://sputnik.az/20230122/toppus-baci-obrazi-ile-meshur-olan-emekdar-artist-vefat-edib-450906645.html
“Toppuş bacı” obrazı ilə məşhur olan əməkdar artist vəfat edib
“Toppuş bacı” obrazı ilə məşhur olan əməkdar artist vəfat edib
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyi nəticəsində 49 yaşında dünyasını... 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T12:14+0400
2023-01-22T12:14+0400
2023-01-22T12:33+0400
mədəniyyət
əməkdar artist
əməkdar artist tünzalə əliyeva
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136553_0:104:2000:1229_1920x0_80_0_0_f5c9e7d3672356fae23f8c6119a5ff28.jpg
BAKI, 22 yanvar - Sputnik. Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib.Bu barədə teatrşünas Anar Bürcəliyev öz sosial şəbəkə hesabında bildirib.“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, - A. Bürcəliyev qeyd edib.Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Bədxassəli şiş əvvəl aktrisanın uşaqlıq yolunda olub. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılıb.Aktrisa hələ ötən ilin aprelində bildirmişdi ki, 42 dəfə kimyaterapiya və 40 dəfə şüa terapiyası qəbul edib. Əvvəllər 20 gündən bir, sonra isə həftəlik kimyaterapiya müalicəsi qəbul etdiyini vurğulayan T.Əliyeva xəstəliyinin ağciyər, qaraciyər və sümüyünə qədər yayıldığını demişdi.Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazı ilə tanınıb.Tünzalə Əliyevanın Zəhra adında bir azyaşlı qızı var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42013/65/420136553_112:0:1889:1333_1920x0_80_0_0_0d127935ad3a2bc75a63feb4c3a20633.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əməkdar artist, əməkdar artist tünzalə əliyeva
əməkdar artist, əməkdar artist tünzalə əliyeva
“Toppuş bacı” obrazı ilə məşhur olan əməkdar artist vəfat edib
12:14 22.01.2023 (Yenilənib: 12:33 22.01.2023) Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyi nəticəsində 49 yaşında dünyasını dəyişib.
BAKI, 22 yanvar - Sputnik. Azərbaycanın Əməkdar artisti Tünzalə Əliyeva vəfat edib.
Bu barədə teatrşünas Anar Bürcəliyev öz sosial şəbəkə hesabında bildirib.
“Azərbaycan Respublikasının Əməkdar artisti, hər kəsin “Toppuş bacı” kimi tanıdığı Tünzalə xanım Əliyeva uzun sürən ağır xəstəlikdən sonra ömrünün 49-cu ilində vəfat edib. Allah rəhmət etsin, ruhu şad, məkanı cənnət olsun. Amin”, - A. Bürcəliyev qeyd edib.
Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. Bədxassəli şiş əvvəl aktrisanın uşaqlıq yolunda olub. Daha sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılıb.
Aktrisa hələ ötən ilin aprelində bildirmişdi ki, 42 dəfə kimyaterapiya və 40 dəfə şüa terapiyası qəbul edib. Əvvəllər 20 gündən bir, sonra isə həftəlik kimyaterapiya müalicəsi qəbul etdiyini vurğulayan T.Əliyeva xəstəliyinin ağciyər, qaraciyər və sümüyünə qədər yayıldığını demişdi.
Əməkdar artist bir müddət Gəncə Televiziyasında, sonra Kukla Teatrında, daha sonra da Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib. Daha sonra Bakıya gəlib və C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında fəaliyyət göstərib. Bu teatrın səhnəsində Qəmər (Ə.Əmirli, "Müqəddəs Valentin günü"), Natella (M.Haqverdiyev, "Qısqanc ürəklər"), Şahnaz (A.Rəhimov "Pul hərisləri"), Qadın (H.Mirələmov, "Ləyaqət"), Mehriban (Ə.Nesin, "Toros canavarı"), Gülzar (Elçin, "Poçt Şöbəsində xəyal"), Sənəm (Ü.Hacıbəyov, "O olmasın, bu olsun"), Nanı Kişi (İftixar, "Dan yeri söküləndə") rollarını uğurla ifa edib. Gəncə-Kəpəz Müstəqil Şirkət telekanalında "İzinlə", "Vətənim" və "Gülüş qatarı" verilişlərinin aparıcısı olan aktrisa ATV kanalında nümayiş etdirilən "Çal-çağır" şou proqramının aparıcısı olan "Toppuş bacı" obrazı ilə tanınıb.
Tünzalə Əliyevanın Zəhra adında bir azyaşlı qızı var.