https://sputnik.az/20230122/stanbulda-avropanin-en-suretli-metro-xetti-acildi-sernisinler-bir-ay-pulsuz-gedecekler-450914978.html
İstanbulda Avropanın ən sürətli metro xətti açıldı: Sərnişinlər bir ay pulsuz gedəcəklər
İstanbulda Avropanın ən sürətli metro xətti açıldı: Sərnişinlər bir ay pulsuz gedəcəklər
Sputnik Azərbaycan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kağıthane - Yeni İstanbul Hava Limanı xəttində gediş-gəlişin bir ay pulsuz olacağını açıqlayıb. 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T18:07+0400
2023-01-22T18:07+0400
2023-01-22T18:07+0400
türkiyə
dünya xəbərləri
ərdoğan
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
istanbul
metro
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_0:108:2997:1794_1920x0_80_0_0_46e7394080d1393931f98c7f85052e47.jpg
BAKI, 22 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkənin ən sürətli İstanbul hava limanına aparan metro xəttini işə salıb. Bir neçə min şəhər sakininin iştirak etdiyi açılış mərasimində Ərdoğan Kağıthane - Yeni İstanbul Hava Limanı xəttində gediş-gəlişin bir ay pulsuz olacağını açıqlayıb. Ərdoğan nəqliyyat naziri və digər rəsmilərin müşayiəti ilə yeni xətt üzrə hərəkətə başlayanlardan birinci olub. Bu xətt bütün Türkiyənin ən sürətli metro qatarlarını idarə edəcək - onların sürəti saatda 120 kilometrə çatır. Beləliklə, İstanbulun şimalındakı Kağıthane rayonundan hava limanına 24 dəqiqəyə, Taksimin mərkəzindən isə 40 dəqiqəyə çatmaq mümkün olacaq. Xəttin uzadılması istiqamətində işlər aparılır. Hesablamalara görə, üçü hava limanının ərazisində yerləşən 9 stansiyadan ibarət xətt gündə 800 minə yaxın sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir. Beləliklə, sərnişinlər büdcələrinə uyğun olan şərtlərlə hava limanına və hava limanından şəhərə getmək imkanı əldə ediblər. Biletin qiyməti təxminən 12 lirədir (təxminən 1 manat 9 qəpik - red.). Halbuki əvvəllər sərnişinlər təxminən 500 lirə (təxminən 45 manat 31 qəpik -red.) ödəyərək taksi xidmətlərindən istifadə etməli idilər. Tıxac halında məbləğ daha da artırdı. Bu hava limanına Rusiyanın "Aeroflot" şirkəti uçuşlar həyata keçirir və Türkiyə aviaşirkətlərinin Rusiyadan reyslərinin əksəriyyəti bu hava limanına düşür. İkinci hava limanı - Sabiha Gökçen - əsasən aşağı büdcəli aviaşirkətlər tərəfindən istifadə olunur. Oktyabr ayında prezident Ərdoğan İstanbulun şərqində Sabiha Gökçen hava limanına metro xəttini təntənəli şəkildə istifadəyə verib. Qara dəniz sahilində şəhərdən 40 kilometr şimalda yerləşən yeni İstanbul Hava Limanı 2019-cu ilin aprel ayından sərnişinlərə xidmət göstərir.
istanbul
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427993254_237:0:2968:2048_1920x0_80_0_0_c975f91f71e8e3844809fafb2c2eb5aa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, istanbul, metro
türkiyə, ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, istanbul, metro
İstanbulda Avropanın ən sürətli metro xətti açıldı: Sərnişinlər bir ay pulsuz gedəcəklər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kağıthane - Yeni İstanbul Hava Limanı xəttində gediş-gəlişin bir ay pulsuz olacağını açıqlayıb.
BAKI, 22 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkənin ən sürətli İstanbul hava limanına aparan metro xəttini işə salıb.
Bir neçə min şəhər sakininin iştirak etdiyi açılış mərasimində Ərdoğan Kağıthane - Yeni İstanbul Hava Limanı xəttində gediş-gəlişin bir ay pulsuz olacağını açıqlayıb. Ərdoğan nəqliyyat naziri və digər rəsmilərin müşayiəti ilə yeni xətt üzrə hərəkətə başlayanlardan birinci olub.
Bu xətt bütün Türkiyənin ən sürətli metro qatarlarını idarə edəcək - onların sürəti saatda 120 kilometrə çatır. Beləliklə, İstanbulun şimalındakı Kağıthane rayonundan hava limanına 24 dəqiqəyə, Taksimin mərkəzindən isə 40 dəqiqəyə çatmaq mümkün olacaq. Xəttin uzadılması istiqamətində işlər aparılır. Hesablamalara görə, üçü hava limanının ərazisində yerləşən 9 stansiyadan ibarət xətt gündə 800 minə yaxın sərnişinə xidmət göstərmək qabiliyyətinə malikdir.
Beləliklə, sərnişinlər büdcələrinə uyğun olan şərtlərlə hava limanına və hava limanından şəhərə getmək imkanı əldə ediblər. Biletin qiyməti təxminən 12 lirədir (təxminən 1 manat 9 qəpik - red.). Halbuki əvvəllər sərnişinlər təxminən 500 lirə (təxminən 45 manat 31 qəpik -red.) ödəyərək taksi xidmətlərindən istifadə etməli idilər. Tıxac halında məbləğ daha da artırdı.
Bu hava limanına Rusiyanın "Aeroflot" şirkəti uçuşlar həyata keçirir və Türkiyə aviaşirkətlərinin Rusiyadan reyslərinin əksəriyyəti bu hava limanına düşür. İkinci hava limanı - Sabiha Gökçen - əsasən aşağı büdcəli aviaşirkətlər tərəfindən istifadə olunur.
Oktyabr ayında prezident Ərdoğan İstanbulun şərqində Sabiha Gökçen hava limanına metro xəttini təntənəli şəkildə istifadəyə verib.
Qara dəniz sahilində şəhərdən 40 kilometr şimalda yerləşən yeni İstanbul Hava Limanı 2019-cu ilin aprel ayından sərnişinlərə xidmət göstərir.