DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran Avropa İttifaqını hədələdi: Əgər SEPAH terror təşkilatı elan edilsə...

© AFP 2023 / HO / SEPAH NEWİran raketləri, arxiv şəkli
İran raketləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
İran Avropa İttifaqını SEPAH-ı terror təşkilatı elan etməzdən əvvəl "yaxşıca düşünməyə" çağırıb.
BAKI, 22 yanvar — Sputnik. İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf söz verib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Avropa İttifaqında terrorçu təşkilat kimi tanınarsa, Avropa ölkələrinin orduları terror təşkilatı elan olunacaq. Qalibaf bu səbəbdən Avropa İttifaqını "yaxşı-yaxşı düşünməyə" çağırıb.
"Parlament SEPAH-ı terror təşkilatları siyahısına salmaq və ya ona qarşı sanksiyalar tətbiq etmək istiqamətində istənilən hərəkətə qarşı cavab verəcək, çevik və qəti tədbirlər görəcək. Biz regiondakı Avropa ölkələrinin ordularını terror təşkilatı elan edəcəyik və bunun üçün lazımi tədbirləri görəcəyik. Odur ki, bu addıma qarşı çıxın", - deyə Qalibaf bildirib.
Bununla belə, İran parlamentinin spikeri Avropa ölkələrini diplomatiyada fürsət pəncərəsini bağlamamaq üçün SEPAH-a qarşı tədbirlər görməzdən əvvəl "yaxşı-yaxşı düşünməyə" çağırıb.
Bundan əvvəl Avropa Parlamentinin deputatları insan haqlarının pozulmasına və Rusiyaya guya hərbi yardım göstərdiyinə görə İrana qarşı sanksiyaların genişləndirilməsini, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatları siyahısına daxil edilməsini istəyiblər.
Bildirilib ki, Aİ xarici işlər nazirləri yanvarın 23-də keçiriləcək iclasda ölkədəki vəziyyətə görə İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər.
Xəbər lenti
0