https://sputnik.az/20230122/quranin-yandirilmasina-turkiyeden-sert-cavab-450912340.html
Quranın yandırılmasına Türkiyədən sərt cavab
Quranın yandırılmasına Türkiyədən sərt cavab
Sputnik Azərbaycan
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb. 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T16:16+0400
2023-01-22T16:16+0400
2023-01-22T23:04+0400
quran
dünya xəbərləri
isveç
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477868_0:320:3072:2048_1920x0_80_0_0_92223408b19870db12e39e8cefd60021.jpg
BAKI, 22 yanvar - Sputnik. İsveçin İstanbuldakı Baş Konsulluğunun önündə genişmiqyaslı etiraz aksiyası keçirilib. Bu aksiya zamanı yerli fəallar cəsarətlə İsveç bayrağını yandırıblar. "T24"-ün xəbərinə görə, aksiya İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludanın təxribat xarakterli hərəkətlərinə cavab idi. Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranın nüsxəsini açıq şəkildə yandırıb. İsveç mediası aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür. Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/1a/440477868_176:0:2907:2048_1920x0_80_0_0_5d426a84ea68d0f470ab0b3ab2c22b10.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
quran, isveç, türkiyə
Quranın yandırılmasına Türkiyədən sərt cavab
16:16 22.01.2023 (Yenilənib: 23:04 22.01.2023) İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
BAKI, 22 yanvar - Sputnik. İsveçin İstanbuldakı Baş Konsulluğunun önündə genişmiqyaslı etiraz aksiyası keçirilib. Bu aksiya zamanı yerli fəallar cəsarətlə İsveç bayrağını yandırıblar.
"T24"-ün xəbərinə görə, aksiya İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludanın təxribat xarakterli hərəkətlərinə cavab idi.
Paludan yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında Quranın nüsxəsini açıq şəkildə yandırıb. İsveç mediası aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.