https://sputnik.az/20230122/masallida-iki-geceye-8-evi-yagmaladilar-450904583.html
Masallıda iki gecəyə 8 evi yağmaladılar: Polis oğru dəstəsinin üzvlərini saxlayıb
Masallıda iki gecəyə 8 evi yağmaladılar: Polis oğru dəstəsinin üzvlərini saxlayıb
Sputnik Azərbaycan
Araşdırmalar zamanı eyni adamların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T10:34+0400
2023-01-22T10:34+0400
2023-01-22T10:36+0400
cəmiyyət
masallı
oğurluq
https://cdnn1.img.sputnik.az/img/40836/05/408360548_0:100:1921:1180_1920x0_80_0_0_7d0d25dfe551d616845533679f072a10.jpg
BAKI, 22 yanvar - Sputnik. Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Faktlarla bağlı araşdırma aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40836/05/408360548_106:0:1813:1280_1920x0_80_0_0_46eeef7dd5cb46a14cc3cd66681c3d16.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
masallı, oğurluq
Masallıda iki gecəyə 8 evi yağmaladılar: Polis oğru dəstəsinin üzvlərini saxlayıb
10:34 22.01.2023 (Yenilənib: 10:36 22.01.2023) Araşdırmalar zamanı eyni adamların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub.
BAKI, 22 yanvar - Sputnik. Masallıda 2 gecədə 8 evdən oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun yaydığı məlumata görə, Masallı rayonunun Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Çaxırlı kənd sakinləri Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayev müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Onların hər üçü barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktlarla bağlı araşdırma aparılır.