https://sputnik.az/20230122/lukasenka-belarus-diplomatiyasinin-esas-vezifesini-aciqlayib-450907692.html
Lukaşenko Belarus diplomatiyasının əsas vəzifəsini açıqlayıb
Lukaşenko Belarus diplomatiyasının əsas vəzifəsini açıqlayıb
Sputnik Azərbaycan
O, Xarici İşlər Nazirliyinin əməkdaşlarını Belarus diplomatik məktəbinin ənənələrinin layiqli davamçısı olmağa və onlara həvalə edilmiş missiyanı şərəflə... 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T17:40+0400
2023-01-22T17:40+0400
2023-01-22T19:55+0400
belarus prezidenti aleksandr lukaşenko
dünya xəbərləri
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:3013:1696_1920x0_80_0_0_6aa73dbcf6c3452ae0b4667bdc0e2d5a.jpg
BAKI, 22 yanvar - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Diplomatik İşçi Günü münasibətilə təbrikində ölkə diplomatiyasının bu günkü əsas vəzifəsini açıqlayıb. Dövlət başçısının təbriki respublika Prezidentinin saytında dərc olunub. "Bu gün diplomatiyamızın əsas vəzifəsi bərabərhüquqlu beynəlxalq münasibətlərin, təhlükəsizlik və qarşılıqlı faydalı ticarət prinsipləri əsasında konstruktiv dialoqun qorunması mexanizmlərinin yaradılmasıdır", - müraciətin mətnində deyilir. Respublika başçısı həmçinin Xarici İşlər Nazirliyinin hazırkı nəsil işçilərinin istənilən çağırışların öhdəsindən uğurla gələ biləcəyinə əminliyini bildirib. O, Xarici İşlər Nazirliyinin əməkdaşlarını Belarus diplomatik məktəbinin ənənələrinin layiqli davamçısı olmağa və onlara həvalə edilmiş missiyanı şərəflə yerinə yetirməyə çağırıb. Diplomatik İşçi Günü bayramı Belarus prezidentinin 2018-ci ilin oktyabrında imzaladığı fərmanla təsis edilib. Lukaşenko bu yaxınlarda bildirib ki, Rusiya və Belarus "nöqsanlara" baxmayaraq, təhdidlərə cavab tapır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0e/441087362_0:0:2731:2048_1920x0_80_0_0_5db697f038451cfeedc1f4d8679aedfe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus prezidenti aleksandr lukaşenko
belarus prezidenti aleksandr lukaşenko
Lukaşenko Belarus diplomatiyasının əsas vəzifəsini açıqlayıb
17:40 22.01.2023 (Yenilənib: 19:55 22.01.2023) O, Xarici İşlər Nazirliyinin əməkdaşlarını Belarus diplomatik məktəbinin ənənələrinin layiqli davamçısı olmağa və onlara həvalə edilmiş missiyanı şərəflə yerinə yetirməyə çağırıb.
BAKI, 22 yanvar - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko Diplomatik İşçi Günü münasibətilə təbrikində ölkə diplomatiyasının bu günkü əsas vəzifəsini açıqlayıb.
Dövlət başçısının təbriki respublika Prezidentinin saytında dərc olunub.
"Bu gün diplomatiyamızın əsas vəzifəsi bərabərhüquqlu beynəlxalq münasibətlərin, təhlükəsizlik və qarşılıqlı faydalı ticarət prinsipləri əsasında konstruktiv dialoqun qorunması mexanizmlərinin yaradılmasıdır", - müraciətin mətnində deyilir.
Respublika başçısı həmçinin Xarici İşlər Nazirliyinin hazırkı nəsil işçilərinin istənilən çağırışların öhdəsindən uğurla gələ biləcəyinə əminliyini bildirib. O, Xarici İşlər Nazirliyinin əməkdaşlarını Belarus diplomatik məktəbinin ənənələrinin layiqli davamçısı olmağa və onlara həvalə edilmiş missiyanı şərəflə yerinə yetirməyə çağırıb.
Diplomatik İşçi Günü bayramı Belarus prezidentinin 2018-ci ilin oktyabrında imzaladığı fərmanla təsis edilib.
Lukaşenko bu yaxınlarda bildirib ki, Rusiya və Belarus "nöqsanlara" baxmayaraq, təhdidlərə cavab tapır.