DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin vaxtını açıqladı

© AFP 2024 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
Türkiyə Prezidenti ilk dəfə seçkilərdə iştirak edəcək gəncləri səsvermə zamanı düzgün seçim etməyə çağırıb.
BAKI, 22 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcəyini bildirib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ərdoğan Bursa gəncləri ilə görüşündə deyib:
“İlk dəfə seçkilərdə iştirak edəcək gənclərimizin nümayəndələrini mayın 14-də keçiriləcək səsvermə zamanı düzgün seçim etməyə çağırıram”.
Türkiyədə prezident seçkilərinin əvvəlcə iyunun 18-də keçirilməsi nəzərdə tutulurdu.
Xəbər lenti
0