https://sputnik.az/20230122/cenubi-afrika-putinin-yolunu-gozleyir-450912222.html
Cənubi Afrika Putinin yolunu gözləyir
Cənubi Afrika Putinin yolunu gözləyir
Sputnik Azərbaycan
Ölkənin Rusiyadakı səfiri bildirib ki, respublikanın hakimiyyət orqanları Rusiya liderinə mütləq dəvət göndərəcək. 22.01.2023, Sputnik Azərbaycan
2023-01-22T20:36+0400
2023-01-22T20:36+0400
2023-01-22T20:36+0400
putin
dünya xəbərləri
car
cənubi afrika
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424072_0:134:3026:1836_1920x0_80_0_0_b545d62365b234d6ae23fd8fb63b89ae.jpg
BAKI, 22 yanvar - Sputnik. Cənubi Afrika Respublikası Rusiya prezidenti Vladimir Putinin bu ilin avqustunda keçiriləcək BRİCS sammitinə gələcəyinə ümid edir. Bunu Cənubi Afrika Respublikasının Moskvadakı səfiri Mzuvukile Maketuka RİA Novosti-yə müsahibəsində bildirib. "Bütün prezidentlər dəvət olunacaq – bu, standart təcrübədir. İndi onun gəlib-gəlməməsi Putindən və Kremldən asılı olacaq, lakin biz mütləq ona dəvət göndərəcəyik və yolunu gözləyəcəyik", - deyə diplomat qeyd edib. Sammitin keçiriləcəyi yer barədə Cənubi Afrika hakimiyyəti hələlik qərar verməyib. BRICS ölkələrinin başçılarının görüşü Yohannesburq, Keyptaun, Durban və ya Pretoriyada keçirilə bilər. Maketuka qeyd edib ki, bu, koronavirus pandemiyasının başlanmasından sonra BRICS-in üz-üzə formatda ilk sammiti olacaq. BRICS+ sammiti keçən ilin iyununda keçirilib. Burada birliyin daimi üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, eləcə də əlaqələr qurmaq istəyən bir sıra ölkələr iştirak ediblər. Onların arasında Argentina, Qazaxıstan və Malayziya var.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/08/449424072_200:0:2827:1970_1920x0_80_0_0_25228e72784f6fc8ee8b3b9a83428b13.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, car, cənubi afrika, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, car, cənubi afrika, rusiya prezidenti vladimir putin, vladimir putin
Cənubi Afrika Putinin yolunu gözləyir
Ölkənin Rusiyadakı səfiri bildirib ki, respublikanın hakimiyyət orqanları Rusiya liderinə mütləq dəvət göndərəcək.
BAKI, 22 yanvar - Sputnik. Cənubi Afrika Respublikası Rusiya prezidenti Vladimir Putinin bu ilin avqustunda keçiriləcək BRİCS sammitinə gələcəyinə ümid edir. Bunu Cənubi Afrika Respublikasının Moskvadakı səfiri Mzuvukile Maketuka RİA Novosti-yə müsahibəsində bildirib.
"Bütün prezidentlər dəvət olunacaq – bu, standart təcrübədir. İndi onun gəlib-gəlməməsi Putindən və Kremldən asılı olacaq, lakin biz mütləq ona dəvət göndərəcəyik və yolunu gözləyəcəyik", - deyə diplomat qeyd edib.
Sammitin keçiriləcəyi yer barədə Cənubi Afrika hakimiyyəti hələlik qərar verməyib. BRICS ölkələrinin başçılarının görüşü Yohannesburq, Keyptaun, Durban və ya Pretoriyada keçirilə bilər. Maketuka qeyd edib ki, bu, koronavirus pandemiyasının başlanmasından sonra BRICS-in üz-üzə formatda ilk sammiti olacaq.
BRICS+ sammiti keçən ilin iyununda keçirilib. Burada birliyin daimi üzvləri - Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası, eləcə də əlaqələr qurmaq istəyən bir sıra ölkələr iştirak ediblər. Onların arasında Argentina, Qazaxıstan və Malayziya var.