SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN İsveç hökumətini Quranı yandıranları cəzalandırmağa çağırdı

© Sputnik / Murad OrudjevXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
Azərbaycan XİN qeyd edib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil.
BAKI, 22 yanvar - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Stokholmda Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti qınayıb.
Bu barədə XİN-nin "Twitter" səhifəsində paylaşım edilib.
Qeyd edilib ki, açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil.
“Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağı təmin etməyə çağırırıq”, - XİN-in sosial şəbəkə hesabında bildirilib.
İslam əleyhinə olan "Sərt kurs" partiyasına rəhbərlik edən ultra-sağçı danimarkalı siyasətçi Rasmus Paludan yanvarın 21-də Stokholmdakı Türkiyə səfirliyi qarşısında Quran kitabını yandırıb.
İsveç mediasıPaludanın bu aksiyasının yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğu barədə məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması "alçaqlıq və rəzillikdir" və bu, "ksenofobiya və irqçiliyin" təzahürüdür.
Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın İsveç hakimiyyətinin "müasir barbarlar" kimi davrandığına diqqət çəkib.
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasının böyük sayğısızlıq olduğunu bildirib.
Olayı Rusiya Federasiyası Müsəlmanları Ruhani Məclisi də pisləyib. Qurumuin yaydığı bəyanatda deyilir:
"Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Rəyasət Heyəti yanvarın 21-də İsveç paytaxtında Allahın Kəlamına münasibətdə törədilmiş vəhşilik aktını həddindən artıq pislədiyini bildirir. Bu aksiyanın təşkilatçılarının niyyətləri aydındır və dinlərarası nifrət alovlarını yandıraraq müəyyən qrupları siyasi cəhətdən səfərbər etmək cəhdini ehtiva edir. Biz din qardaşlarımızı və bütün rəğbətli xoşməramlı insanları müdriklik nümayiş etdirməyə, təxribatçıların qəflətinə düşməməyə çağırırıq".
Rusiya Federasiyasının Ruhani İdarəsi vandalizm aksiyasına icazə verən dövlət qulluqçularının motivasiyasından çaşqınlığını ifadə edərək, bunu "dövlətin mədəni və etik dəyərlərə nihilist münasibət bəhanəsi ilə məsuliyyətdən yayınma cəhdi" adlandırıb.
"Məmurların bu cür münasibəti siyasi fəalların addımlarından daha əvvəl qınanmalıdır. Əgər aksiyanın məqsədləri ona icazə verən məmurların əhval-ruhiyyəsi ilə üst-üstə düşürsə, onda Avropa cəmiyyətində nifrət və düşmənçiliyin yayılmasından başqa heç nə gözləmək olmaz. Metodik olaraq ictimai əxlaqa od vurmağın yanğına çevrilməsi ehtimalı var", - Ruhani İdarəsi bildirib.
Rus Pravoslav kilsəsi də İsveçdə Quranın yandırılmasını "yolverilməz vandallıq" adlandırıb.

"Siyasi mübarizədə insaniyyəti pozmaq və dində müqəddəs olan şeyləri təhqir etmək olmaz", - deyə Moskva patriarxlığının rəsmisi Vladimir Leqoyda bildirib.
Bundan əvvəl aksiya Türkiyə Xarici İşlər Nazirliyi, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi, Küveyt Xarici İşlər Nazirliyi, BƏƏ Xarici İşlər Nazirliyi və Rus Pravoslav Kilsəsi tərəfindən kəskin şəkildə pislənib.
Xəbər lenti
0