DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ Konqresində "Abrams" tanklarının Ukraynaya köçürülməsi ideyası sərt tənqid edilib

© AFP 2024 / WILLIAM WESTM1 Abrams
M1 Abrams  - Sputnik Azərbaycan, 1920, 22.01.2023
Abunə olmaq
Respublikaçı konqresmen deyib ki, "biz Ukrayna prezidenti Volodimir Zelenskiyə yox, tanklarımızın və maaşlarımızın pulunu ödəyən Amerika xalqına xidmət etməliyik".
BAKI, 22 yanvar - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Teylor Qrin partiya üzvü Lindsi Qremin ABŞ-ın "Abrams" tanklarını Ukraynaya vermək ideyasını tənqid edib. Bu barədə Amerikalı siyasətçi öz "Twitter" səhifəsində fikirlərini bildirib.
Konqresmen senator Qremin postuna reaksiya verib ki, respublikaçılar və demokratlar ümumi məqsəd güdürlər - Rusiya ilə münaqişədə Ukraynaya kömək etmək istəyirlər.
"Bu məqsədə nail olmaq üçün Ukrayna ordusunun tanklara ehtiyacı var", - deyən Qrem hərbi texnikanın Kiyevə verilməsinin vacibliyini vurğulayıb.
Qrin qəzəblənib ki, Vaşinqton ABŞ-ın cənub sərhədinə hərbi texnika göndərmək əvəzinə Kiyevə dəstək verir. Onun sözlərinə görə, hər gün ölkə işğala məruz qalır və amerikalılar rekord sayda öldürülür.
"Biz Ukrayna prezidenti Volodimir Zelenskiyə yox, tanklarımızın və maaşlarımızın pulunu ödəyən Amerika xalqına xidmət etməliyik", – deyə o, yazıb.
Xəbər lenti
0