https://sputnik.az/20230121/turkiye-svecin-quranin-yandirilmasi-ile-bagli-tedbir-gormesini-gozleyir---cavusoglu---450892241.html
Türkiyə İsveçin Quranın yandırılması ilə bağlı tədbir görməsini gözləyir - Çavuşoğlu
Türkiyə İsveçin Quranın yandırılması ilə bağlı tədbir görməsini gözləyir - Çavuşoğlu
Sputnik Azərbaycan
Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə verildiyi... 21.01.2023, Sputnik Azərbaycan
2023-01-21T15:53+0400
2023-01-21T15:53+0400
2023-01-21T19:11+0400
dünya xəbərləri
mövlud çavuşoğlu
quran
isveç
danimarka
yandırmaq
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_0:0:3025:1702_1920x0_80_0_0_a4b725d7d764a5cc9af9dcd5b399dd9b.jpg
BAKI, 21 yanvar - Sputnik. Türkiyə İsveç hökumətindən ölkənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırma kampaniyası başlamazdan əvvəl tədbir gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.Nordic News xəbər portalı, cümə günü Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludanın Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə alıb. Paludan şənbə günü Bakı vaxtı ilə saat 17.00-də aksiya keçirməyi planlaşdırır.Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın qeyd edib ki, hakimiyyət nifrət əsasında cinayətlərə və müsəlmanlara mənfi münasibət göstərən "bütün xəbərdarlıqlarımız" olmasına baxmayaraq, hərəkətə icazə verilib."Müqəddəs dəyərlərin ləkələməsi heç də azadlıq deyil, müasir vəhşilikdir", - deyə Kalın vurğulayıb.Ötən il çoxsaylı anti-İslam videoları ilə tanınan "Sərt kurs" lideri Paludanın İsveçdə bir neçə aksiya təşkil edib.Quranı açıq şəkildə yandırıb və Məhəmməd Peyğəmbərin görüntülərini yayıb ki, bu da müsəlman adətləri ilə qadağandır.Ərəb-müsəlman dünyasının bir sıra dövlətləri İsveçdə Quranın yandırılması aktına görə sağ ekstremistləri kəskin tənqid ediblər.Sözügedən aksiyalar Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və digər dövlətlər tərəfindən qınanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/02/448157086_74:0:2805:2048_1920x0_80_0_0_6f817fd19d5387d6b4646d7512c42341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mövlud çavuşoğlu, quran, isveç, danimarka, yandırmaq
mövlud çavuşoğlu, quran, isveç, danimarka, yandırmaq
Türkiyə İsveçin Quranın yandırılması ilə bağlı tədbir görməsini gözləyir - Çavuşoğlu
15:53 21.01.2023 (Yenilənib: 19:11 21.01.2023) Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludana Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə verildiyi bildirilir.
BAKI, 21 yanvar - Sputnik. Türkiyə İsveç hökumətindən ölkənin Stokholmdakı səfirliyi qarşısında Quran yandırma kampaniyası başlamazdan əvvəl tədbir gözləyir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nordic News xəbər portalı, cümə günü Danimarkanın "Sərt Kurs" Partiyasının lideri Rasmus Paludanın Stokholmdakı Türk səfirliyi qarşısında Quranın yandırılması aksiyasını keçirməyə icazə alıb. Paludan şənbə günü Bakı vaxtı ilə saat 17.00-də aksiya keçirməyi planlaşdırır.
“Bu xəbəri alan kimi (nəzərdə tutulan tədbirlə bağlı) tərəfimizdən müvafiq tədbirlər görüldü. Dünən İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və bununla bağlı müvafiq xəbərdarlıq edilib. Türkiyə səfiri İsveçin xarici işlər naziri ilə görüşüb. Heç kim buna söz və ifadə azadlığı deyə bilməz. İrqçiliyi və nifrəti ifadə azadlığı adlandırmaq olmaz... Bizə bildirilib ki, aksiya Türkiyə vaxtı ilə saat 16.00-da (Bakı vaxtı ilə 17.00) planlaşdırılır. Ümid edirik ki, İsveç tərəfi müvafiq tədbirlər görəcək və bu hərəkətin reallaşmasına imkan verməyəcək”, - deyə Çavuşoğlu şənbə günü keçirdiyi brifinqdə bildirib.
Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın qeyd edib ki, hakimiyyət nifrət əsasında cinayətlərə və müsəlmanlara mənfi münasibət göstərən "bütün xəbərdarlıqlarımız" olmasına baxmayaraq, hərəkətə icazə verilib.
"Müqəddəs dəyərlərin ləkələməsi heç də azadlıq deyil, müasir vəhşilikdir", - deyə Kalın vurğulayıb.
Ötən il çoxsaylı anti-İslam videoları ilə tanınan "Sərt kurs" lideri Paludanın İsveçdə bir neçə aksiya təşkil edib.
Quranı açıq şəkildə yandırıb və Məhəmməd Peyğəmbərin görüntülərini yayıb ki, bu da müsəlman adətləri ilə qadağandır.
Ərəb-müsəlman dünyasının bir sıra dövlətləri İsveçdə Quranın yandırılması aktına görə sağ ekstremistləri kəskin tənqid ediblər.
Sözügedən aksiyalar Türkiyə, Bəhreyn, Səudiyyə Ərəbistanı, İordaniya, İraq və digər dövlətlər tərəfindən qınanıb.