https://sputnik.az/20230121/turkiye-svec-mudafie-nazirinin-olkeye-seferini-legv-edib-450881752.html
Türkiyə İsveç müdafiə nazirinin ölkəyə səfərini ləğv edib
Türkiyə İsveç müdafiə nazirinin ölkəyə səfərini ləğv edib
Sputnik Azərbaycan
Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Stokholmda aksiya keçirərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir... 21.01.2023, Sputnik Azərbaycan
2023-01-21T11:44+0400
2023-01-21T11:44+0400
2023-01-21T11:44+0400
dünya xəbərləri
türkiyə
isveç
nazir
səfər
ləğv
nato
pkk
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425149146_0:0:3119:1754_1920x0_80_0_0_d28b7f63f0d4d439ff868e914b951961.jpg
BAKI, 21 yanvar - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar isveçli həmkarının yanvarın 27-də ölkəyə səfərinin ləğv edildiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.Məsələyə aydınlıq gətirən nazir deyib ki, səfərin “artıq mənası yoxdur”.İsveçin müdafiə naziri Paul Yonsson Ankarada Stokholmun Türkiyənin hələ də ratifikasiya etmədiyi NATO-ya üzvlük ərizəsini müzakirə etməyi planlaşdırırdı.Qeyd edək ki, bundan əvvəl Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Stokholmda aksiya keçirərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər ediblər.Bu hadisələrdən sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarının Ankaraya planlaşdırılan səfərini ləğv edib.Türkiyə prezidentinin vəkili aksiya ilə bağlı Ankara Baş Prokurorluğuna ərizə ilə müraciət edib və cinayət işi başlanıb.İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, PKK-nın fəaliyyəti Ankaranın İsveçin NATO-ya daxil olması üçün müraciətinin ratifikasiyası prosesini çətinləşdirə bilər.Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər.Əvvəlcə Ankara bu müraciətlərə baxılmasına mane olub, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan üçtərəfli təhlükəsizlik memorandumu imzalayıblar.Türkiyə iki ölkənin NATO-ya üzv olmasına etirazını geri götürüb. Oktyabrın 6-na olan məlumata görə, Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i şimal ölkələrinin NATO-ya qəbulu ilə bağlı artıq müsbət qərar qəbul edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0a/08/425149146_174:0:2905:2048_1920x0_80_0_0_6dba767d542e3d7ff0e536e053c9e91a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
türkiyə, isveç, nazir, səfər, ləğv, nato, pkk
türkiyə, isveç, nazir, səfər, ləğv, nato, pkk
Türkiyə İsveç müdafiə nazirinin ölkəyə səfərini ləğv edib
Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Stokholmda aksiya keçirərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər ediblər.
BAKI, 21 yanvar - Sputnik. Türkiyənin milli müdafiə naziri Hulusi Akar isveçli həmkarının yanvarın 27-də ölkəyə səfərinin ləğv edildiyini bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
Məsələyə aydınlıq gətirən nazir deyib ki, səfərin “artıq mənası yoxdur”.
İsveçin müdafiə naziri Paul Yonsson Ankarada Stokholmun Türkiyənin hələ də ratifikasiya etmədiyi NATO-ya üzvlük ərizəsini müzakirə etməyi planlaşdırırdı.
“Bizim gəldiyimiz mərhələdə İsveçin müdafiə naziri Yonsonun yanvarın 27-də Türkiyəyə səfərinin əhəmiyyəti və mənası yoxdur. Ona görə də səfəri ləğv etdik”, - deyə Akar bildirib.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) tərəfdarları Stokholmda aksiya keçirərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına bir sıra təhqiramiz ifadələr və jestlər ediblər.
Bu hadisələrdən sonra Türkiyə parlamentinin sədri Mustafa Şentop isveçli həmkarının Ankaraya planlaşdırılan səfərini ləğv edib.
Türkiyə prezidentinin vəkili aksiya ilə bağlı Ankara Baş Prokurorluğuna ərizə ilə müraciət edib və cinayət işi başlanıb.
İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, PKK-nın fəaliyyəti Ankaranın İsveçin NATO-ya daxil olması üçün müraciətinin ratifikasiyası prosesini çətinləşdirə bilər.
Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün ərizəni NATO-nun baş katibinə təqdim ediblər.
Əvvəlcə Ankara bu müraciətlərə baxılmasına mane olub, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan üçtərəfli təhlükəsizlik memorandumu imzalayıblar.
Türkiyə iki ölkənin NATO-ya üzv olmasına etirazını geri götürüb. Oktyabrın 6-na olan məlumata görə, Türkiyə və Macarıstan istisna olmaqla, 30 ölkədən 28-i şimal ölkələrinin NATO-ya qəbulu ilə bağlı artıq müsbət qərar qəbul edib.