https://sputnik.az/20230121/evli-kisinin-xeyanetini-gosteren-elametler-hansilardir---psixoloq-reyi-450878650.html
Evli kişinin xəyanətini göstərən əlamətlər hansılardır - Psixoloq rəyi
Evli kişinin xəyanətini göstərən əlamətlər hansılardır - Psixoloq rəyi
Sputnik Azərbaycan
Mütəxəssisin sözlərinə görə, əgər partnyorunuz xarici görünüşünə daha çox fikir verməyə başlayırsa, onda yeni vərdişlər meydana çıxırsa, bu, onun kənarda... 21.01.2023, Sputnik Azərbaycan
2023-01-21T21:36+0400
2023-01-21T21:36+0400
2023-01-21T21:36+0400
cəmiyyət
ailə
xəyanət
psixoloq
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450878488_0:166:3072:1894_1920x0_80_0_0_967f5b24a57e6599c8a4e467b359d630.jpg
BAKI, 21 yanvar - Sputnik. Kişinin nikahda xəyanətini göstərən əlamətlər barədə "Moslenta"ya rusiyalı psixoloq, konfliktoloq, özünə hörmət və şəxsi inkişaf üzrə təlimçi, şəxsiyyətlərarası ünsiyyət sahəsində mütəxəssis Kseniya Dyomina danışıb.Onun sözlərinə görə, əgər partnyorun ailədən kənarda hansısa əlaqəsi varsa, siz onun telefonunu götürmək istəyəndə o, kəskin və kobud reaksiya verəcək:Bundan başqa, mütəxəssisin sözlərinə görə, xəyanət edən kişinin xərcləri kəskin şəkildə artır və ya “maaşı kəsilir”. Xüsusilə bayramlar ərəfəsində pulla bağlı daimi problemlər yaşayır.Dyomina onu da əlavə edib ki, belə hallarda partnyorun davranışı tez-tez dəyişir. Belə ki, o, öz günahlarını hədiyyələr və sürprizlərlə yumağa çalışır, yaxud da əksinə, əsəbi olur və özünə qapanır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/15/450878488_341:0:3072:2048_1920x0_80_0_0_3224ec3c606d69a4fc7fc9252a83786b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ailə, xəyanət, psixoloq
Evli kişinin xəyanətini göstərən əlamətlər hansılardır - Psixoloq rəyi
Mütəxəssisin sözlərinə görə, əgər partnyorunuz xarici görünüşünə daha çox fikir verməyə başlayırsa, onda yeni vərdişlər meydana çıxırsa, bu, onun kənarda əlaqəsinin olduğunu düşünməyə əsas verir.
BAKI, 21 yanvar - Sputnik. Kişinin nikahda xəyanətini göstərən əlamətlər barədə "Moslenta"ya rusiyalı psixoloq, konfliktoloq, özünə hörmət və şəxsi inkişaf üzrə təlimçi, şəxsiyyətlərarası ünsiyyət sahəsində mütəxəssis Kseniya Dyomina danışıb.
Onun sözlərinə görə, əgər partnyorun ailədən kənarda hansısa əlaqəsi varsa, siz onun telefonunu götürmək istəyəndə o, kəskin və kobud reaksiya verəcək:
"Belə partnyorlar qadceti (telefonu) heç vaxt nəzarətsiz qoymur. Əlverişsiz vaxtda gələn bəzi zənglərə qısaca cavab verir və sizin qarşınızda özünə haqq qazandırmağa çalışır - "Səhv düşüblər" deyir".
Bundan başqa, mütəxəssisin sözlərinə görə, xəyanət edən kişinin xərcləri kəskin şəkildə artır və ya “maaşı kəsilir”. Xüsusilə bayramlar ərəfəsində pulla bağlı daimi problemlər yaşayır.
Dyomina onu da əlavə edib ki, belə hallarda partnyorun davranışı tez-tez dəyişir. Belə ki, o, öz günahlarını hədiyyələr və sürprizlərlə yumağa çalışır, yaxud da əksinə, əsəbi olur və özünə qapanır.
“Bu halda partnyor xarici görünüşünə daha çox fikir verməyə başlayır, onda yeni vərdişlər meydana çıxır. İntim yaxınlıqda da dəyişikliklər baş verir: ya kəskin surətdə azalır, ya da həddən artıq çoxalır. Bütün bu əlamətlər kişinin başqa qadınının olduğunu düşünməyə əsas verir”, - deyə psixoloq fikrini yekunlaşdırıb.