Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dövlət orqanlarında çalışan xadimə, bağban və fəhlələrin maaşı artırılıb

© Sputnik / Murad OrujovƏldən-ələ pul, arxiv şəkli
Əldən-ələ pul, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
BAKI, 21 yanvar-Sputnik. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Ali kateqoriya dövlət orqanlarında 400 manat, 1-ci kateqoriya dövlət orqanlarında 385 manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 365 manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 345 manat.
Bu Qərarda qeyd olunan işçilərin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində onların çalışdıqları dövlət orqanlarında həmin işçilər üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.
Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, indiyə qədər dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları aşağıdakı kimi olub:
Ali kateqoriya dövlət orqanlarında 370 manat, 1-ci kateqoriya dövlət orqanlarında 355 manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında 335 manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında 315 manat.
Xəbər lenti
0