CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan "Beynəlxalq Yaşıl Həftə" sərgisində vahid ölkə stendi ilə təmsil olunur

© Sputnik / Кирилл Брага / Mediabanka keçidGünəş panellərindəki fotovoltaik elementlər, arxiv şəkli
Günəş panellərindəki fotovoltaik elementlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.01.2023
Abunə olmaq
Ölkəmiz Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də 13-cü dəfə təmsil olunur.
BAKI, 21 yanvar-Sputnik. Yanvarın 20-29-da Almaniyanın Berlin şəhərində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi "Beynəlxalq Yaşıl Həftə" ("International Green Week") sərgisi keçirilir.
Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-dan bildirilib ki, sərgidə şərab, qurudulmuş meyvələr, mineral sular, ət və ət məhsulları, duz, çay və qənnadı məmulatlarının istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycanın 15 şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilir. Bundan əlavə, sərgi ziyarətçilərinə milli mətbəximiz təqdim ediləcək.
Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan “Beynəlxalq Yaşıl Həftə"də Azərbaycan 13-cü dəfə təmsil olunur.
Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzalayıb.
Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.
Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır. Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.
Xəbər lenti
0