https://sputnik.az/20230120/ukraynanin-aes-lerinde-istenilen-vaxt-fovqelade-veziyyet-mumkundur---maqate-rehberi-450819432.html
Ukraynanın AES-lərində istənilən vaxt fövqəladə vəziyyət mümkündür - MAQATE rəhbəri
Ukraynanın AES-lərində istənilən vaxt fövqəladə vəziyyət mümkündür - MAQATE rəhbəri
Sputnik Azərbaycan
MAQATE rəhbəri Kiyevdə yüksək vəzifəli hökumət rəsmiləri ilə Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması təklifi ilə bağlı... 20.01.2023, Sputnik Azərbaycan
2023-01-20T08:37+0400
2023-01-20T08:37+0400
2023-01-20T08:37+0400
maqate
dünya xəbərləri
zaporojye
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635237_0:126:3193:1922_1920x0_80_0_0_8a729e33afe916e9d45526559d9dd349.jpg
BAKI, 20 yanvar — Sputnik. Ukraynadakı atom elektrik stansiyalarında hər an fövqəladə vəziyyət baş verə bilər. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bu barədə CNN-ə bildirib. Ondan Ukraynada təhlükəsizlik zonası olmadığı halda hər hansı atom elektrik stansiyasında qəzanın baş vermə ehtimalının nə qədər olduğu soruşulub. "Bu, hər an, hər an baş verə bilər. Bu gün sakit vəziyyət yarana bilər, ertəsi gün isə atəş başlaya bilər. Belə hallar olub. Atışma başlayanda və ya xarici enerji kəsiləndə reaktorlar soyumur. Nəticədə ərimə baş verir", – deyə Qrossi bildirib. Bu həftə MAQATE rəhbəri Kiyevdə yüksək vəzifəli hökumət rəsmiləri ilə Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması təklifi ilə bağlı görüşüb. ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Xarici İşlər Nazirliyi bununla nüvə və radioaktiv materialların sızmasının qarşısının alındığını vurğulayıb. Ukrayna hərbçiləri Enerqodar və Zaporojye Atom Elektrik Stansiyasının ərazisini mütəmadi olaraq atəşə tutmaqda davam edirlər. MAQATE obyektin ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445635237_232:0:2961:2047_1920x0_80_0_0_f51769437a646e9fddc847300101afa2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
maqate, zaporojye
Ukraynanın AES-lərində istənilən vaxt fövqəladə vəziyyət mümkündür - MAQATE rəhbəri
MAQATE rəhbəri Kiyevdə yüksək vəzifəli hökumət rəsmiləri ilə Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması təklifi ilə bağlı görüşüb.
BAKI, 20 yanvar — Sputnik. Ukraynadakı atom elektrik stansiyalarında hər an fövqəladə vəziyyət baş verə bilər.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bu barədə CNN-ə bildirib.
Ondan Ukraynada təhlükəsizlik zonası olmadığı halda hər hansı atom elektrik stansiyasında qəzanın baş vermə ehtimalının nə qədər olduğu soruşulub.
"Bu, hər an, hər an baş verə bilər. Bu gün sakit vəziyyət yarana bilər, ertəsi gün isə atəş başlaya bilər. Belə hallar olub. Atışma başlayanda və ya xarici enerji kəsiləndə reaktorlar soyumur. Nəticədə ərimə baş verir", – deyə Qrossi bildirib.
Bu həftə MAQATE rəhbəri Kiyevdə yüksək vəzifəli hökumət rəsmiləri ilə Zaporojye AES-də nüvə təhlükəsizliyi və təhlükəsizlik zonasının yaradılması təklifi ilə bağlı görüşüb.
ZAES Dnepr çayının sol sahilində, Enerqodar şəhəri yaxınlığında yerləşir. Bu, aqreqatların sayına və quraşdırılmış gücünə görə Avropanın ən böyük atom elektrik stansiyasıdır. Mart ayından Rusiya hərbçilərinin himayəsindədir. Rusiya Xarici İşlər Nazirliyi bununla nüvə və radioaktiv materialların sızmasının qarşısının alındığını vurğulayıb.
Ukrayna hərbçiləri Enerqodar və Zaporojye Atom Elektrik Stansiyasının ərazisini mütəmadi olaraq atəşə tutmaqda davam edirlər. MAQATE obyektin ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.