DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveçrədə Rusiya aktivlərindən Ukraynaya kömək üçün istifadə oluna bilər

© AFP 2023 / OZAN KOSEDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Abunə olmaq
Rusiyanın Cenevrədəki BMT yanında daimi nümayəndəsi Gennadi Qatilov İsveçrənin Ukrayna ilə bağlı mövqeyinin Bernin beynəlxalq roluna mənfi təsir göstərdiyini qeyd edib.
BAKI, 20 yanvar — Sputnik. Dondurulmuş Rusiya aktivlərindən Ukraynaya yenidənqurma işlərində kömək etmək üçün istifadə olunacağı istisna edilmir. Hərçənd, bunun üçün heç bir hüquqi əsas yoxdur.
Bunu İsveçrənin xarici işlər naziri İqnatsio Kassis "Switzerland Times"a müsahibəsində bildirib.
"Biz beynəlxalq arenada hadisələrin inkişafını gözləyirik. Amma bu, istisna deyil. Zərər verən hər kəs bunun əvəzini ödəməlidir", - deyə Kassis sözünə davam edib.
Eyni zamanda, XİN rəhbəri qeyd edib ki, hazırda İsveçrədə belə hərəkətlərin heç bir hüquqi əsası yoxdur.
Daha əvvəl bildirilmişdi ki, İsveçrə limit qiymətindən yuxarı satılan ticarət və broker mallarının daşınmasına qadağa qoyulması ilə bağlı Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi son sanksiyalara qoşulur.
Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini İvan Neçayev İsveçrənin neytral statusunu itirdiyini bildirib. Rusiya Federasiyasının Cenevrədəki BMT yanında daimi nümayəndəsi Gennadi Qatilov da İsveçrənin Ukrayna ilə bağlı mövqeyinin Bernin beynəlxalq roluna mənfi təsir göstərdiyini qeyd edib.
Diplomat qeyd edib ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan İsveçrə faktiki olaraq Kiyevin və NATO-dan olan sponsorlarının tərəfinə keçmək üçün bitərəf ölkə statusundan imtina edib. Qatilovun sözlərinə görə, İnyatsio Kassis İsveçrə prezidenti olarkən Kiyevə gedərək Kiyev rejiminə dəstəyini nümayiş etdirib. Eyni zamanda, daimi nümayəndə İsveçrənin mövqeyini dəyişəcəyinə ümid etdiyini bildirib və ölkənin sonda Ukraynada peyda olacaq sursat ixracından imtina etməsini "müsbət əlamət" adlandırıb.
Xəbər lenti
0