SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycana səfərinə dair məlumat yayılıb

© AP Photo / Olivier Matthys NATO-nun baş katibi Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 20.01.2023
Abunə olmaq
NATO Stoltenberqin xüsusi nümayəndəsinin Azərbaycan və Ermənistana səfərinin yekunlarına dair məlumat yayıb
BAKI, 20 yanvar - Sputnik. NATO-nun baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu həftə Cənubi Qafqaza gələrək Ermənistan və Azərbaycanda səfərdə olub.
APA-nın NATO-nun rəsmi saytına istinadla xəbərinə görə, səfər tərəfdaşlarla müntəzəm siyasi məsləhətləşmələrinin tərkib hissəsidir.
Kolomina Ermənistanda Baş nazir Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan, müdafiə naziri Suren Papikyan və digər rəsmi şəxslərlə görüşüb.
Xüsusi nümayəndə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmilərlə görüşüb.
Görüşlərdə regional təhlükəsizlik məsələləri və Laçın dəhlizindəki vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
0