Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Rusiya Azərbaycana pul köçürmələri üzrə liderdir

Abunə olmaq
Fiziki şəxslərin 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələri 2,7 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur. Vəsaitlərin hansı ölkələrdən daxil olması Sputnik Azərbaycan-ın infoqrafikasında.
2022-ci ilin ilk üç rübünün nəticələrinə görə, fiziki şəxslərin Rusiyadan Azərbaycana pul köçürmələri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5,5 dəfə artaraq 2,2 milyard dollar təşkil edib.
Beləliklə, qeyd olunan dövr ərzində fiziki şəxslərin Azərbaycana pul köçürmələri həyata keçirdiyi ilk 5 ölkə arasında Rusiya birinci yeri tutub. 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına edilən bütün pul köçürmələrinin 81,6%-i Rusiya Federasiyasının payına düşüb. Eyni zamanda, göstərilən dövrdə Azərbaycana pul köçürmələrinin ümumi məbləğində Rusiyanın payı 53% təşkil edib.
Ümumilikdə, 2022-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslərin Azərbaycana pul köçürmələri 2,7 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
Xəbər lenti
0