https://sputnik.az/20230120/onkoloji-xestelerin-son-umid-yeri-bunun-ucun-250-milyon-manat-yigilmalidir-450839421.html
Onkoloji xəstələrin son ümid yeri: Bunun üçün 250 milyon manat yığılmalıdır
Onkoloji xəstələrin son ümid yeri: Bunun üçün 250 milyon manat yığılmalıdır
Sputnik Azərbaycan
Deputat deyir ki, hələki Fonda yığılan vəsait kifayət etmədiyindən, onkoloji xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə salına bilmir. 20.01.2023, Sputnik Azərbaycan
2023-01-20T09:30+0400
2023-01-20T09:30+0400
2023-01-20T09:30+0400
onkoloji xəstəlik
səhiyyə
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:76:3079:1807_1920x0_80_0_0_8ef7dee7c902a4b0ff258c4a58675d88.jpg
BAKI, 20 yanvar — Sputnik. Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı bir sıra tibbi xidmətlər icbari tibbi sığorta zərfinə salınacaq. KİV-də gedən bu məlumat onkoloji xəstəlikləri olan şəxslərdə böyük ümid yaradıb. Hazırda müayinə və müalicələrinə kifayət qədər böyük vəsait tələb olunan onkoloji xəstələr bəzi xidmətləri Dövlət Proqramı çərçivəsində alsalar da, bu tam əhatəli deyil. "Müayinəyə xərclədiyimiz pula dərman alarıq" Onkoloji xəstə Rahilə Ramazanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, üç aydan bir süd vəzini yoxlatmaq üçün həkimə müraciət edir. Bu zaman müayinələrə və müalicəsinə xeyli xərci çıxır. Süd vəzinin biri tam götürülən xəstə bildirir ki, onkoloji müayinələrlə yanaşı, əməliyyatlar da pulludur. Həmsöhbətimiz bildirir ki, ən azı müayinələr icbari tibbi sığorta hesabına aparılarsa, onlar müayinələrə xərclədikləri pulla öz dərmanlarını ala bilərlər. Bəs görəsən onkoloji xəstəliklərlə bağlı hansı tibbi xidmətlər icbari tibbi sığorta zərfinə salınacaq? Ancaq xoşxassəlli şişlər üçün əməliyyatlar zərfə daxil ediləcək! İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin salınması ilə bağlı təkliflər irəli sürülüb. Bu tibbi xidmətlər siyahısına bəzi xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən cərrahi əməliyyatların daxil edilməsi nəzərdə tutulub. Onkoloji xəstəlikləri niyə xidmətlər zərfinə salmaq mümkün deyil? Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması müzakirə edilib. Belə qərara gəlinib ki, bütün xəstəliklər, eləcə də onkoloji xəstəliklər sığorta zərfinə salınmalıdır. Amma M. Məmmədli deyib ki, bunun üçün İcbari Tibbi Sığorta Fondunda yığılan vəsait yetərli olmalıdır. Deputatın sözlərinə görə, hələki Fonda yığılan vəsait kifayət etmədiyindən, onkoloji xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə salına bilmir. Sığorta Fondunda vəsait artdıqca bu təmin edilməlidir. M. Məmmədlinin sözlərinə görə, bu il İcbari Tibbi Sığorta Fonduna toplanan vəsaitlərdə kifayət qədər artım var. Ona görə də yaxın zamanda bu problemin həllini tapmasına ümid yaranır. Birini xidmətlər zərfinə salıb o birini saxlamaq olmaz! Depuatat deyir ki, onkoloji xəstəliklərlə bağlı müəyyən qism tibbi xidmətləri sığorta zərfinə salıb digər tibbi xidmətləri kənarda saxlamaq mümkün deyil. O, bildirir ki, bu tibbi xidmətlər onkoloji xəstələrə əhatəli şəkildə verilməlidir: "Onkoloji xəstəliklərlə bağlı bəzi müalicələri xidmətlər zərfinə salıb digərləri kənarda saxlasaq, bu zaman müalicənin gedişatında natamamlıq olacaq. Onkoloji xəstəlik sıradan bir xəstəlik deyil ki, onun müalicəsində müayinənin birini edib, digərini etməyəsən. Bu zaman müalicənin gedişində problemlər yaranacaq. Müayinələr gedən mülicə prosesinin həlqələridir. Ona görə də bu məsələdə ümumi yanaşma olmalıdır". Dövlət Proqramı ilə 50 min icbari tibbi sığorta ilə 250 min... M.Məmmədli qeyd edib ki, onkoloji xəstəliklərin müayinə və müalicəsinə dövlət proqramı çərçivəsində 50 milyon manat vəsait ayrılır. Amma onkoloji xəstəliklərin hər birinin əhatə olunaraq xidmətlər zərfinə salınmasına 200-250 milyon manat vəsait lazımdır: " Bunun üçün İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 200-250 milyon manat vəsait toplanılmalıdır. Aparılan islahatlar, şəfafflıq, büdcəyə daxilolmalar, iqtisadiyyatın şəffaflaşdırılması artdıqca, eləcə də vergi bazası genişləndikcə, icbari tibbi sığorta yığımları da artacaq. Ona görə də, əgər 200-250 milyon manat vəsait toplanarsa, onkoloji tibbi xidmətlərin xidmətlər zərfinə salınması reallaşar". Ən çox əlilliyə səbəb olan xəstəlik Xatırladaq ki, onkoloji xəstəliklər Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər sırasına daxildir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, bütün təyin olunan əlilliyin 60 faizi psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəliklərinin payına düşür. Onu da qeyd edək ki, son açıqlanan rəsmi rəqəmlərə görə, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır. Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır. ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir. Məlumat üçün əlavə edək ki, icbari tibbi haqları ilə bağlı tələb olunan məbləğ əhalinin sosial statusuna görə fərqlidir. Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır? Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək. Digər şəxslər üçün icbari tibbi sığorta haqqı nə qədərdir? Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:0:2731:2048_1920x0_80_0_0_9e88592276ee0d63af92009dcaa1d056.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
onkoloji xəstəlik
Onkoloji xəstələrin son ümid yeri: Bunun üçün 250 milyon manat yığılmalıdır
Deputat deyir ki, hələki Fonda yığılan vəsait kifayət etmədiyindən, onkoloji xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə salına bilmir.
BAKI, 20 yanvar — Sputnik. Onkoloji xəstəliklərin müalicəsi ilə bağlı bir sıra tibbi xidmətlər icbari tibbi sığorta zərfinə salınacaq. KİV-də gedən bu məlumat onkoloji xəstəlikləri olan şəxslərdə böyük ümid yaradıb. Hazırda müayinə və müalicələrinə kifayət qədər böyük vəsait tələb olunan onkoloji xəstələr bəzi xidmətləri Dövlət Proqramı çərçivəsində alsalar da, bu tam əhatəli deyil.
"Müayinəyə xərclədiyimiz pula dərman alarıq"
Onkoloji xəstə Rahilə Ramazanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, üç aydan bir süd vəzini yoxlatmaq üçün həkimə müraciət edir. Bu zaman müayinələrə və müalicəsinə xeyli xərci çıxır. Süd vəzinin biri tam götürülən xəstə bildirir ki, onkoloji müayinələrlə yanaşı, əməliyyatlar da pulludur. Həmsöhbətimiz bildirir ki, ən azı müayinələr icbari tibbi sığorta hesabına aparılarsa, onlar müayinələrə xərclədikləri pulla öz dərmanlarını ala bilərlər.
Bəs görəsən onkoloji xəstəliklərlə bağlı hansı tibbi xidmətlər icbari tibbi sığorta zərfinə salınacaq?
Ancaq xoşxassəlli şişlər üçün əməliyyatlar zərfə daxil ediləcək!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin salınması ilə bağlı təkliflər irəli sürülüb. Bu tibbi xidmətlər siyahısına bəzi xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən cərrahi əməliyyatların daxil edilməsi nəzərdə tutulub.
Onkoloji xəstəlikləri niyə xidmətlər zərfinə salmaq mümkün deyil?
Millət vəkili, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin icbari tibbi sığorta zərfinə salınması müzakirə edilib. Belə qərara gəlinib ki, bütün xəstəliklər, eləcə də onkoloji xəstəliklər sığorta zərfinə salınmalıdır. Amma M. Məmmədli deyib ki, bunun üçün İcbari Tibbi Sığorta Fondunda yığılan vəsait yetərli olmalıdır. Deputatın sözlərinə görə, hələki Fonda yığılan vəsait kifayət etmədiyindən, onkoloji xəstəliklər icbari tibbi sığortanın xidmətlər zərfinə salına bilmir. Sığorta Fondunda vəsait artdıqca bu təmin edilməlidir.
M. Məmmədlinin sözlərinə görə, bu il İcbari Tibbi Sığorta Fonduna toplanan vəsaitlərdə kifayət qədər artım var. Ona görə də yaxın zamanda bu problemin həllini tapmasına ümid yaranır.
Birini xidmətlər zərfinə salıb o birini saxlamaq olmaz!
Depuatat deyir ki, onkoloji xəstəliklərlə bağlı müəyyən qism tibbi xidmətləri sığorta zərfinə salıb digər tibbi xidmətləri kənarda saxlamaq mümkün deyil. O, bildirir ki, bu tibbi xidmətlər onkoloji xəstələrə əhatəli şəkildə verilməlidir: "Onkoloji xəstəliklərlə bağlı bəzi müalicələri xidmətlər zərfinə salıb digərləri kənarda saxlasaq, bu zaman müalicənin gedişatında natamamlıq olacaq. Onkoloji xəstəlik sıradan bir xəstəlik deyil ki, onun müalicəsində müayinənin birini edib, digərini etməyəsən. Bu zaman müalicənin gedişində problemlər yaranacaq. Müayinələr gedən mülicə prosesinin həlqələridir. Ona görə də bu məsələdə ümumi yanaşma olmalıdır".
Dövlət Proqramı ilə 50 min icbari tibbi sığorta ilə 250 min...
M.Məmmədli qeyd edib ki, onkoloji xəstəliklərin müayinə və müalicəsinə dövlət proqramı çərçivəsində 50 milyon manat vəsait ayrılır. Amma onkoloji xəstəliklərin hər birinin əhatə olunaraq xidmətlər zərfinə salınmasına 200-250 milyon manat vəsait lazımdır: " Bunun üçün İcbari Tibbi Sığorta Fondunun büdcəsinə 200-250 milyon manat vəsait toplanılmalıdır. Aparılan islahatlar, şəfafflıq, büdcəyə daxilolmalar, iqtisadiyyatın şəffaflaşdırılması artdıqca, eləcə də vergi bazası genişləndikcə, icbari tibbi sığorta yığımları da artacaq. Ona görə də, əgər 200-250 milyon manat vəsait toplanarsa, onkoloji tibbi xidmətlərin xidmətlər zərfinə salınması reallaşar".
Ən çox əlilliyə səbəb olan xəstəlik
Xatırladaq ki, onkoloji xəstəliklər Azərbaycanda ən çox əlillik təyin olunan xəstəliklər sırasına daxildir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, bütün təyin olunan əlilliyin 60 faizi psixi və davranış pozğunluğu, sinir, onkoloji, göz və qan dövranı xəstəliklərinin payına düşür. Onu da qeyd edək ki, son açıqlanan rəsmi rəqəmlərə görə, hazırda 1600 nəfərə qədər onkoloji xəstə stasionar şəraitdə müalicə alır. Azərbaycanda 58 024 onkoloji xəstə qeydiyyatdadır. ÜST-nın məlumatına görə 2025-ci ilədək dünyada 20 milyon yeni xərçəng xəstəliyi qeydə alınacaq. Həmin halların 4/5 hissəsi aşağı və orta gəliri olan ölkələrdə (Azərbaycan orta gəlirli ölkələrə aid edilir) baş verəcəkdir.
Məlumat üçün əlavə edək ki, icbari tibbi haqları ilə bağlı tələb olunan məbləğ əhalinin sosial statusuna görə fərqlidir.
Kimlər icbari tibbi sığorta haqqı ödəməkdən azaddır?
Muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər istisna olmaqla hər kəs icbari tibbi sığorta haqqı ödəməkdən azaddır. Onların sığortahaqları dövlət büdcəsi hesabına ödəniləcək.
Digər şəxslər üçün icbari tibbi sığorta haqqı nə qədərdir?
Dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqı tutulur.
Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəməlidirlər. Bu məbləğ hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı halda vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar) icbari tibbi sığorta haqqı ödəməkdən azaddır.