https://sputnik.az/20230119/torpaqlarin-neft-tullantilari-ile-cirklendirilmesi-qeyde-alinir-450826713.html
Torpaqların neft tullantıları ilə çirkləndirilməsi qeydə alınır
Torpaqların neft tullantıları ilə çirkləndirilməsi qeydə alınır
Sputnik Azərbaycan
Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və... 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T23:24+0400
2023-01-19T23:24+0400
2023-01-19T23:24+0400
torpaq
cəmiyyət
socar
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087942_0:160:3073:1888_1920x0_80_0_0_992ed3658c1b9684418100a2f2ce8145.jpg
BAKI, 19 yanvar — Sputnik. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirilib. Dövlət Ekoloji Ekspertiza Agentliyindən verilən məlumata görə, tədbirdə SOCAR "Azneft" İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, ekoloqlar, QHT və KİV nümayəndələri iştirak ediblər. Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənir, çirklənmiş torpaqlar rekultivasiya edilir, geniş sahələrdə yaşıllıqlar salınır, abadlaşdırma işləri aparılır. Çıxışçılar qeyd ediblər ki, iqtisadiyyatımız üçün vacib olan karbohidrogen ehtiyatlarının çıxarılması ilə yanaşı, təbiətin mühafizəsini də həyata keçirmək zərurəti vardır. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalmaqdadır. Belə ki, hələ də torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması halları qeydə alınır. Qarşılıqlı dialoq şəraitində keçən görüşdə SOCAR "Azneft" İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft-qaz çıxarma idarələrinin əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları jurnalistlərin suallarını cavablandırıblar. Tərəflər belə tədbirlərin zəruriliyini yüksək qiymətləndirərək, gələcəkdə də keçirilməsini dəstəkləyiblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426087942_170:0:2901:2048_1920x0_80_0_0_dd888d9975578758201d79e220c1cb77.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
torpaq, socar
Torpaqların neft tullantıları ilə çirkləndirilməsi qeydə alınır
Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalmaqdadır.
BAKI, 19 yanvar — Sputnik. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ölkə ərazisində və ərazi sularında karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində qanunvericiliyin və ekoloji normativ sənədlərin tələblərinə riayət edilməsinə dair görüş keçirilib.
Dövlət Ekoloji Ekspertiza Agentliyindən verilən məlumata görə, tədbirdə SOCAR "Azneft" İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft qaz çıxarma idarələrinin əməkdaşları, ekoloqlar, QHT və KİV nümayəndələri iştirak ediblər.
Dövlət Ekoloji Ekspertiza Agentliyindən bildirilib ki, təbii sərvətlərin səmərəli istifadəsi, bərpası, mühafizəsi, ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin bütün regionlarında, o cümlədən Abşeron yarımadasında ekosistemin - havanın, torpağın, yeraltı və yerüstü suların təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənir, çirklənmiş torpaqlar rekultivasiya edilir, geniş sahələrdə yaşıllıqlar salınır, abadlaşdırma işləri aparılır.
Çıxışçılar qeyd ediblər ki, iqtisadiyyatımız üçün vacib olan karbohidrogen ehtiyatlarının çıxarılması ilə yanaşı, təbiətin mühafizəsini də həyata keçirmək zərurəti vardır. Ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilsə də, karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı, nəqli, saxlanması və emalı sahəsində müəyyən problemlər qalmaqdadır. Belə ki, hələ də torpaqların, yeraltı və yerüstü su hövzələrinin neft, neft məhsulları, lay suları ilə çirklənməsi, tullantıların düzgün idarə olunmaması halları qeydə alınır.
Qarşılıqlı dialoq şəraitində keçən görüşdə SOCAR "Azneft" İstehsalat Birliyi, Birliyin tərkibinə daxil olan neft-qaz çıxarma idarələrinin əməkdaşları, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları jurnalistlərin suallarını cavablandırıblar. Tərəflər belə tədbirlərin zəruriliyini yüksək qiymətləndirərək, gələcəkdə də keçirilməsini dəstəkləyiblər.