https://sputnik.az/20230119/randan-getirilen-narkotik-vasiteleri-onlayn-sifarisle-satanlar-saxlanildi-450819181.html
İrandan gətirilən narkotik vasitələri onlayn sifarişlə satanlar saxlanıldı
İrandan gətirilən narkotik vasitələri onlayn sifarişlə satanlar saxlanıldı
Sputnik Azərbaycan
Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli... 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T11:32+0400
2023-01-19T11:32+0400
2023-01-19T11:32+0400
narkotik
cəmiyyət
iran
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_0:191:2965:1858_1920x0_80_0_0_0f3efe810c695e4fcd02bec9ccca26c3.jpg
BAKI, 19 yanvar — Sputnik. Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan 1 kq-dan artıq narkotik maddə olan heroin və 2 kq-a yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik maddə heroin aşkar olunub. Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan külli miqdarda tiryək aşkar olunub. Bundan başqa, Rayon Polis Şöbəsinə rayon ərazisindəki "Ərəbli" su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd "Makarov" tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca, 1 ədəd "PSM" markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0c/426211724_116:0:2847:2048_1920x0_80_0_0_ca0ed8b6e4389fabeab366753d389dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, iran
İrandan gətirilən narkotik vasitələri onlayn sifarişlə satanlar saxlanıldı
Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan külli miqdarda "tiryək" aşkar olunub.
BAKI, 19 yanvar — Sputnik. Göygöldə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq, satış məqsədilə narkotik vasitə əldə etməkdə və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Belə ki, şöbənin Cinayət Axtarışı Bölməsinin (CAB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş əsasında satmaq məqsədilə əldə etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Zərbiyani saxlanılıb. Polis şöbəsində üzərinə baxış keçirilən zaman şübhəli şəxsin əlindəki çantadan 1 kq-dan artıq narkotik maddə olan heroin və 2 kq-a yaxın narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
CAB-ın əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə Gəncə şəhər sakini Habil Novruzov saxlanılan zaman onun üzərində ümumi çəkisi 100 qramdan artıq olan 2 bükümdə narkotik maddə heroin aşkar olunub.
Post-patrul Xidməti əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində isə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Elnur Zeynalovdan külli miqdarda tiryək aşkar olunub.
Bundan başqa, Rayon Polis Şöbəsinə rayon ərazisindəki "Ərəbli" su arxının yaxınlığında odlu silah olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı oradan 2 ədəd "Makarov" tipli tapança, həmin tapançalara aid 1 ədəd sandıqca, 1 ədəd "PSM" markalı tapança və 9 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, cinayət işləri ilə bağlı araşdırmalar davam etdirilir.