https://sputnik.az/20230119/ran-qacaqmalciliginda-yenilik-ndi-tekce-narkotik-deyil-spirtli-ickiler-de-getirirler-450823043.html
İran qaçaqmalçılığında yenilik: İndi təkcə narkotik deyil, spirtli içkilər də gətirirlər
İran qaçaqmalçılığında yenilik: İndi təkcə narkotik deyil, spirtli içkilər də gətirirlər
Sputnik Azərbaycan
Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), 290 ədəd psixotrop həb ("metadon M-40"), bir ədəd ampulada... 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T14:22+0400
2023-01-19T14:22+0400
2023-01-19T14:22+0400
narkotik
cəmiyyət
dövlət sərhəd xidməti
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_0:0:1509:850_1920x0_80_0_0_aa1238616038740bc5d6538afb6dc56b.jpg
BAKI, 19 yanvar — Sputnik. Yanvar ayının 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə "Toyota Pirus" markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar. Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Hüseynov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib. Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), 290 ədəd psixotrop həb ("metadon M-40"), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/01/426841987_69:0:1509:1080_1920x0_80_0_0_3c6567eb2f8b14cd066d6ffcd730c331.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, dövlət sərhəd xidməti
narkotik, dövlət sərhəd xidməti
İran qaçaqmalçılığında yenilik: İndi təkcə narkotik deyil, spirtli içkilər də gətirirlər
Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), 290 ədəd psixotrop həb ("metadon M-40"), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.
BAKI, 19 yanvar — Sputnik. Yanvar ayının 17-də saat 05:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilib, sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, ərazi qapadılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 06:15-də ərazidə "Toyota Pirus" markalı 77-FR-329 dövlət qeydiyyat nişanlı avtomobildə üç nəfər şübhəli şəxs hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıblar.
Saxlanılan şəxslərin Azərbaycan Respublikası vətəndaşları 1980-ci il təvəllüdlü Hacıyev Bəxtiyar İbrahim oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Elvin Cəbrayıl oğlu və 1986-cı il təvəllüdlü Hüseynov Vüsal Zaman oğlu olmaları və əraziyə narkotik vasitələrin götürülməsi məqsədilə gəldikləri müəyyən edilib.
Avtomobilə baxış zamanı ümumi çəkisi 24 kq 300 qram narkotik vasitəyə bənzər maddə ("marixuana"), 290 ədəd psixotrop həb ("metadon M-40"), bir ədəd ampulada civəyə bənzər maye və spirtli içkilər aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.