NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Qlobal tənəzzül nefti ucuzlaşdırıb

© AFP 2024 / PATRICK T. FALLON neft
 neft - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
ABŞ xam neft ehtiyatlarında gözlənilməz sıçrayışı göstərən sənaye məlumatları da qiymətlərə təsir edib.
BAKI, 19 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 1,03 dollar azalaraq 83,95 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,17 dollar ucuzlaşaraq 78,31 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,06 dollar azalaraq 91,17 dollar olub.
Neft qlobal iqtisadi tənəzzül narahatlıqları səbəbindən 1 dollara qədər ucuzlaşıb. Çünki ABŞ-da pərakəndə satışlar və istehsal məhsullarının kəskin azalması tələbin proqnozunu dəyişdirib. Eyni zamanda ABŞ xam neft ehtiyatlarında gözlənilməz sıçrayışı göstərən sənaye məlumatları da qiymətlərə təsir edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından götürülüb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xəbər lenti
0