https://sputnik.az/20230119/priussuruculerinin-problemi-hell-olunur---yeni-qayda-iki-gunden-sonra-quvveye-minecek-450803582.html
"Prius"sürücülərinin problemi həll olunur - Yeni qayda iki gündən sonra qüvvəyə minəcək
"Prius"sürücülərinin problemi həll olunur - Yeni qayda iki gündən sonra qüvvəyə minəcək
Sputnik Azərbaycan
Elmar Mirsalayev bildirib ki, indiyə qədər onlayn satışın təmin edilməsi könüllü olsa da, bu tarixdən etibarən sığorta şirkətləri məcburi qaydada onlayn satış... 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T09:29+0400
2023-01-19T09:29+0400
2023-01-19T09:29+0400
prius
cəmiyyət
sığorta
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/42145/91/421459113_0:156:3001:1844_1920x0_80_0_0_005909602d4b4a0b2182608d15fe2529.jpg
BAKI, 19 yanvar — Sputnik. Sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etmir. Son günlər bu cür şikayətlərlə demək olar ki, hər gün rastlaşırıq. Sosial platformada sürücülərin narazılığına görə, kiçik mühərrikli avtomobillərini sığorta etdirməkdə ciddi çətinliklə üzləşirlər.Sürücülərin sözlərinə görə, kiçik mühərкikli avtomobilin sığortası üçün sığorta şirkətinə müraciət etdikdə, sığorta şirkətləri sistemin işləmədiyini bəhanə gətirirlər. Amma, sən demə, problem təkcə kiçik mühərrikli avtomobillərin sığorta edilməsi ilə məhdudlaşmır. Sığorta şirkətləri köhnə Sovet avtomobillərini də sığorta etməkdən imtina edirlər.Elşən Şirinov adlı sosial şəbəkə istifadəçisinin sözlərinə görə, kənd yerlərində bu, ciddi problemə çevrilib. Belə ki, sığorta şirkətləri kəndlərdə sürücülərin Sovet dövründən qalan avtomobillərini sığorta etməkdən imtina edirlər.Bəs problemin kökündə nə dayanır? Sığorta şirkətlərini kiçik mühərrikli və Sovet dövründə istehsal olunmuş avtomobilləri sığortalamaqdan yayınmağa vadar edən səbəblər nədir? Onlayn sistem işləmir Problemi araşdırmaq üçün öncə sürücü qismində sığorta şirkətləri ilə əlaqə saxladıq."Paşa" sığorta şirkətinə zəng edərək "Toyota Prius" modeli, mühərrik həcmi 1500 kub/santimetr olan avtomobili icbari avtoməsuliyyət sığortası etdirmək istədiyimizi bildirdik. Sığorta şirkətindən bildirdilər ki, kiçik mühərrikli avtomobillərin sığortası üçün onlayn sistem işləmir. Vətəndaşlar yalnız baş ofisə yaxınlaşaraq avtomobillərini sığorta etdirə bilərlər. Əlaqə saxladığımız digər sığorta şirkətlərindən də eyni cavabı verdilər. Vətəndaşlar isə iddia edir ki, bu, kiçik mühərrikli avtomobil sahiblərinə yaradılmış süni maneələrdən biridir. Sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etməkdən yayınır Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov isə kiçik mühərrikli minik avtomobilləri ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yaranan problemi belə şərh etdi:Sığorta şirkətləri sığortadan yayınmaqdansa... Lakin ekspert deyir ki, sığortaçıların zərərdən yayınması, öz xərclərini azaltması üçün çox pozitiv və qanuni üsul da var. Bu, "İcbari sığortalar haqqında" Qanunda nəzərdə tutulur. Belə ki, adıçəkilən Qanunun 3.1.3-ci maddəsi icbari sığortanın prinsiplərindən birini belə müəyyən edir:"Bu, sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılmasıdır. Qanunun 12.2-ci və 26-cı maddələrində isə bu prinsip rəhbər tutularaq qarşısıalınma tədbirləri fondunun yaradılması nəzərdə tutulur. Hər bir ayrıca sığorta növü üzrə daxil olan icbari sığorta haqlarının 1 faizi həmin fonda keçirilməlidir. Bu fondun vəsaiti isə maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankın müəyyən etdiyi təyinatlara uyğun olaraq həmin sığorta növü üzrə qarşısıalınma tədbirlərinə sərf olunmalıdır. Bu iş nəinki sığortaçılara, həm də bütövlükdə cəmiyyətimizə çox lazımdır. Axı söhbət yol-nəqliyyat hadisələrinin azaldılmasından, deməli, yollarda ölənlərin və xəsarət alanların azalmasından, cəmiyyətimizə və ayrı-ayrı fərdlərə vurulan yüz milyonlarla ziyanın azalmasından gedir". Sığortaçılar xərclərini necə azalda bilər? Ə.Hüseynovun sözlərinə görə, qarşısıalınma tədbirlərinin kifayət qədər geniş çeşidi var və dünyada çox yaxşı təcrübə də formalaşıb. Bu tədbirlər təbliğat-təşviqat işlərindən tutmuş, sanballı araşdırmalar aparılması, yol hərəkəti təhlükəsizliyindəki (YHT) boşluqların aradan qaldırılması istiqamətində layihələrin hazırlanması və icrasınadək mühüm işləri əhatə edir:"Ümumiyyətlə, avtomobilləşmiş və sığorta sistemi normal olan ölkələrdə sığortaçılar YHT-nin təmin edilməsində əsas oyunçulardan biridir. Bu ölkələrdə sığortaçılar dövlətin YHT-ni idarəetmə sisteminin qurulmasında və səmərəli fəaliyyətində çox mühüm rol oynayır, bu istiqamətdə hökumətin və parlamentin zəruri qərarlar qəbul etməsi üçün ciddi təşəbbüslər göstərir və s. Onların bu işi YHT-nin bütün elementlərini – sürücü hazırlığı və sürücü olma prosesini, nəqliyyat parkının texniki vəziyyətini və ona nəzarəti (texniki baxışı), hətta qəzalarda xəsarət alanlara vaxtında təcili tibbbi yardım göstərilməsini əhatə edir. Həmin ölkələrdə sığortaçıların bu işinin uğurlu nəticələri var"Ekspert təəssüflə bildirir ki, ölkəmizdə hələ ki, sığortaçıların YHT-dəki problemləri qabartmasını, onların həlli istiqamətində təşəbbüslər göstərməsini eşitməyib:Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsaitlərin illik həcmi təxminən 100 milyon manat civarındadır. 1 oktyabr 2022-ci il tarixdən sonra sığorta haqları artdığından bu məbləğ bir qədər də artacaq. Həmin vəsaitin 1 %-i, yəni 1 milyon manat pulla cox ciddi işlər görmək olar... Sığorta şirkətlərinin bəhanəsi kəsilir Sığortaçılar hazırda kiçik mühərrikli avtomobillərin onlayn sığortasından yayınmağa çalışsalar da, bu uzun çəkməyəcək. Belə ki, Azərbaycanda avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməli olacaqlar. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev verib. E.Mirsalayev onu da deyib ki, indiyə qədər onlayn satışın təmin edilməsi könüllü olsa da, bu tarixdən etibarən sığorta şirkətləri məcburi qaydada onlayn satış sistemini yaratmalıdırlar. İcraçı direktor bildirib ki, sığorta şirkətlərinin kiçik mühərrikli avtomobil sahiblərinə süni maneə yaratmasına inanmır.Onun fikrincə, ortaya çıxan problemlərin nəticəsində kiçik mühərrikli avtomobillərin onlayn sığortası alınmaya bilər:"Amma sürücü sığorta şirkətinin ofisinə yaxınlaşdıqda, həmin sığortaçının bundan imtina etmək hüququ yoxdur. Bu zaman sürücülərlə köhnə üsulla müqavilə bağlayıb sığorta təmin edilməlidir. Amma artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görüb. Belə ki Mərkəzi Bankın sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək. Artıq bu icbaridir. Əvvəllər hər bir sığorta şirkəti bunu könüllü edirdi. Öz imkanlarından asılı olaraq onlayn satışı yaratmaqda sərbəst idilər. Amma artıq lisenziyası olan şirkətlər icbari qaydada onayn satışları həyata keçirməlidir". Sığorta şirkətinin sığortadan imtina etmək hüququ yoxdur Bununla belə, E.Mirsalayev bildirib ki, əgər sığorta şirkətləri icbari avtoməsuliyyət sığortasından imtina edərsə, avtomobil sahibi Mərkəzi Bankın "Qaynar xətt"inə zəng edərək şikayətini bildirə bilər.Onun sözlərinə görə, sığorta şirkərinin avtomobilin mühərrik həcmi ilə yanaşı, istehsal edildiyi ölkədən asılı olmayaraq icbari sığortasından imtina etmək hüququ yoxdur. Azərbaycan Mərkəzi Bankından bildirilib ki, "İcbari sığortalar haqqında" Qanunun 3.1.1-ci maddəsinə əsasən icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi icbari sığortaların bu Qanunda nəzərdə tutulan əsas prinsiplərindəndir. "Həmin Qanunun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. "Sığorta fəaliyyəti haqqında" Qanunun 3.4-cü və "İcbari sığortalar haqqında" Qanunun 23.3-cü maddələrinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sığorta bazarında avtoicbari üzrə bəzi marka və model avtomobillərin sığortaçılar tərəfindən sığortalanmasından imtina edildiyinə dair şikayətlər Mərkəzi Banka daxil olduqda müraciət edən vətəndaşların icbari sığortalanması dərhal təmin edilir. Ümumilikdə, Mərkəzi Banka daxil olmuş istehlakçı müraciətləri əsasında tərəfimizdən sığorta bazarının ümumi monitorinqi aparılır və istehlakçıların qanuni mənafelərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mümkün nəzarət tədbirləri həyata keçirilir.Qeyd edək ki, avtoicbari müqavilələrinin qeyri-qanuni yolla bağlanmasına dair Mərkəzi Banka bugünədək hər hansı məlumat daxil olmayıb."Belə hallar olduğu təqdirdə müvafiq şəkildə Mərkəzi Banka müraciət edilməsi xahiş olunur. Sığorta sektorunda tənzimləmə və nəzarətin sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, həmçinin istehlakçıların qanuni mənafelərinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq lazımi tədbirlərin görülməsi davam etdiriləcəkdir", - açıqlamada deyilir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42145/91/421459113_166:0:2833:2000_1920x0_80_0_0_de298efa40dd7ff95683e4a39117b170.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
prius, sığorta, azərbaycan
prius, sığorta, azərbaycan
"Prius"sürücülərinin problemi həll olunur - Yeni qayda iki gündən sonra qüvvəyə minəcək
Elmar Mirsalayev bildirib ki, indiyə qədər onlayn satışın təmin edilməsi könüllü olsa da, bu tarixdən etibarən sığorta şirkətləri məcburi qaydada onlayn satış sistemini yaratmalıdırlar.
BAKI, 19 yanvar — Sputnik. Sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etmir. Son günlər bu cür şikayətlərlə demək olar ki, hər gün rastlaşırıq. Sosial platformada sürücülərin narazılığına görə, kiçik mühərrikli avtomobillərini sığorta etdirməkdə ciddi çətinliklə üzləşirlər.
Sürücülərin sözlərinə görə, kiçik mühərкikli avtomobilin sığortası üçün sığorta şirkətinə müraciət etdikdə, sığorta şirkətləri sistemin işləmədiyini bəhanə gətirirlər. Amma, sən demə, problem təkcə kiçik mühərrikli avtomobillərin sığorta edilməsi ilə məhdudlaşmır. Sığorta şirkətləri köhnə Sovet avtomobillərini də sığorta etməkdən imtina edirlər.
Elşən Şirinov adlı sosial şəbəkə istifadəçisinin sözlərinə görə, kənd yerlərində bu, ciddi problemə çevrilib. Belə ki, sığorta şirkətləri kəndlərdə sürücülərin Sovet dövründən qalan avtomobillərini sığorta etməkdən imtina edirlər.
Bəs problemin kökündə nə dayanır? Sığorta şirkətlərini kiçik mühərrikli və Sovet dövründə istehsal olunmuş avtomobilləri sığortalamaqdan yayınmağa vadar edən səbəblər nədir?
Problemi araşdırmaq üçün öncə sürücü qismində sığorta şirkətləri ilə əlaqə saxladıq.
"Paşa" sığorta şirkətinə zəng edərək "Toyota Prius" modeli, mühərrik həcmi 1500 kub/santimetr olan avtomobili icbari avtoməsuliyyət sığortası etdirmək istədiyimizi bildirdik. Sığorta şirkətindən bildirdilər ki, kiçik mühərrikli avtomobillərin sığortası üçün onlayn sistem işləmir. Vətəndaşlar yalnız baş ofisə yaxınlaşaraq avtomobillərini sığorta etdirə bilərlər. Əlaqə saxladığımız digər sığorta şirkətlərindən də eyni cavabı verdilər.
Vətəndaşlar isə iddia edir ki, bu, kiçik mühərrikli avtomobil sahiblərinə yaradılmış süni maneələrdən biridir.
Sığorta şirkətləri kiçik mühərrikli avtomobilləri sığorta etməkdən yayınır
Nəqliyyat məsələləri üzrə hüquqşunas Ərşad Hüseynov isə kiçik mühərrikli minik avtomobilləri ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə yaranan problemi belə şərh etdi:
"Sığortaçılar hesab edirlər ki, belə avtomobillər daha çox sürülür (xüsusən taksi kimi), onlar daha tez-tez yol-nəqliyyat hadisələrinə düşürlər. Kiçik sığorta haqqı müqabilində sığorta təminatı verməli olacaqlarını və zərərə düşəcəklərini ehtimal edən sığortaçılar belə avtomobillərlə bağlı mülki məsuliyyətin icbari sığortasından qanunsuz olaraq yayınırlar. Başqa sözlə, sığortaçılar sığorta təminatı üzrə xərclərdən qanunsuz yolla yayınmağa, xərclərini azaltmağa cəhd edirlər. Təbii ki, bu, neqativ və yolverilməz yanaşmadır".
Sığorta şirkətləri sığortadan yayınmaqdansa...
Lakin ekspert deyir ki, sığortaçıların zərərdən yayınması, öz xərclərini azaltması üçün çox pozitiv və qanuni üsul da var. Bu, "İcbari sığortalar haqqında" Qanunda nəzərdə tutulur. Belə ki, adıçəkilən Qanunun 3.1.3-ci maddəsi icbari sığortanın prinsiplərindən birini belə müəyyən edir:
"Bu, sığorta hadisələrinə səbəb olan halların qarşısının alınmasının stimullaşdırılmasıdır. Qanunun 12.2-ci və 26-cı maddələrində isə bu prinsip rəhbər tutularaq qarşısıalınma tədbirləri fondunun yaradılması nəzərdə tutulur. Hər bir ayrıca sığorta növü üzrə daxil olan icbari sığorta haqlarının 1 faizi həmin fonda keçirilməlidir. Bu fondun vəsaiti isə maliyyə bazarlarına nəzarət orqanı olan Mərkəzi Bankın müəyyən etdiyi təyinatlara uyğun olaraq həmin sığorta növü üzrə qarşısıalınma tədbirlərinə sərf olunmalıdır. Bu iş nəinki sığortaçılara, həm də bütövlükdə cəmiyyətimizə çox lazımdır. Axı söhbət yol-nəqliyyat hadisələrinin azaldılmasından, deməli, yollarda ölənlərin və xəsarət alanların azalmasından, cəmiyyətimizə və ayrı-ayrı fərdlərə vurulan yüz milyonlarla ziyanın azalmasından gedir".
Sığortaçılar xərclərini necə azalda bilər?
Ə.Hüseynovun sözlərinə görə, qarşısıalınma tədbirlərinin kifayət qədər geniş çeşidi var və dünyada çox yaxşı təcrübə də formalaşıb. Bu tədbirlər təbliğat-təşviqat işlərindən tutmuş, sanballı araşdırmalar aparılması, yol hərəkəti təhlükəsizliyindəki (YHT) boşluqların aradan qaldırılması istiqamətində layihələrin hazırlanması və icrasınadək mühüm işləri əhatə edir:
"Ümumiyyətlə, avtomobilləşmiş və sığorta sistemi normal olan ölkələrdə sığortaçılar YHT-nin təmin edilməsində əsas oyunçulardan biridir. Bu ölkələrdə sığortaçılar dövlətin YHT-ni idarəetmə sisteminin qurulmasında və səmərəli fəaliyyətində çox mühüm rol oynayır, bu istiqamətdə hökumətin və parlamentin zəruri qərarlar qəbul etməsi üçün ciddi təşəbbüslər göstərir və s. Onların bu işi YHT-nin bütün elementlərini – sürücü hazırlığı və sürücü olma prosesini, nəqliyyat parkının texniki vəziyyətini və ona nəzarəti (texniki baxışı), hətta qəzalarda xəsarət alanlara vaxtında təcili tibbbi yardım göstərilməsini əhatə edir. Həmin ölkələrdə sığortaçıların bu işinin uğurlu nəticələri var"
Ekspert təəssüflə bildirir ki, ölkəmizdə hələ ki, sığortaçıların YHT-dəki problemləri qabartmasını, onların həlli istiqamətində təşəbbüslər göstərməsini eşitməyib:
"Odur ki, sığortaçılara səslənirəm ki, əgər xərclərinizi real olaraq azaltmaq istəyirsinizsə, YHT üzrə ciddi təşəbbüslər göstərin, qəzaları azaldan praktiki və hərtərəfli addımlar atılmasında cəmiyyətə dəstək olun, bunun üçün cavabdeh dövlət qurumlarından öz işlərinə daha səmərəli yanaşmanı tələb edin, insanlarımızı öyrədin, yollardakı yanlış davranışlardan çəkinməkdə onlara kömək olun".
Ekspertin sözlərinə görə, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə toplanan vəsaitlərin illik həcmi təxminən 100 milyon manat civarındadır. 1 oktyabr 2022-ci il tarixdən sonra sığorta haqları artdığından bu məbləğ bir qədər də artacaq. Həmin vəsaitin 1 %-i, yəni 1 milyon manat pulla cox ciddi işlər görmək olar...
Sığorta şirkətlərinin bəhanəsi kəsilir
Sığortaçılar hazırda kiçik mühərrikli avtomobillərin onlayn sığortasından yayınmağa çalışsalar da, bu uzun çəkməyəcək. Belə ki, Azərbaycanda avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməli olacaqlar. Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev verib.
"Avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər bu ilin yanvar ayının 21-dən etibarən icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməlidirlər", - deyə o bildirib.
E.Mirsalayev onu da deyib ki, indiyə qədər onlayn satışın təmin edilməsi könüllü olsa da, bu tarixdən etibarən sığorta şirkətləri məcburi qaydada onlayn satış sistemini yaratmalıdırlar.
İcraçı direktor bildirib ki, sığorta şirkətlərinin kiçik mühərrikli avtomobil sahiblərinə süni maneə yaratmasına inanmır.
Onun fikrincə, ortaya çıxan problemlərin nəticəsində kiçik mühərrikli avtomobillərin onlayn sığortası alınmaya bilər:
"Amma sürücü sığorta şirkətinin ofisinə yaxınlaşdıqda, həmin sığortaçının bundan imtina etmək hüququ yoxdur. Bu zaman sürücülərlə köhnə üsulla müqavilə bağlayıb sığorta təmin edilməlidir. Amma artıq Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə sığorta sektorunun inkişafı yönündə həyata keçirilən təkmilləşdirmə tədbirlərinin növbəti mərhələsi olaraq sığorta xidmətlərinə əlçatanlığın elektron şəkildə təmin olunması ilə bağlı əsaslı tədbirlər görüb. Belə ki Mərkəzi Bankın sığorta sektorundakı proseslərin tənzimlənməsi istiqamətində atdığı addımların nəticəsi olaraq, ölkəmizdə mövcud olan hər bir avtonəqliyyat vasitəsi sahibi 21 yanvar tarixindən etibarən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə elektron qaydada və heç bir çətinlik ilə üzləşmədən sığortalana biləcək. Artıq bu icbaridir. Əvvəllər hər bir sığorta şirkəti bunu könüllü edirdi. Öz imkanlarından asılı olaraq onlayn satışı yaratmaqda sərbəst idilər. Amma artıq lisenziyası olan şirkətlər icbari qaydada onayn satışları həyata keçirməlidir".
Sığorta şirkətinin sığortadan imtina etmək hüququ yoxdur
Bununla belə, E.Mirsalayev bildirib ki, əgər sığorta şirkətləri icbari avtoməsuliyyət sığortasından imtina edərsə, avtomobil sahibi Mərkəzi Bankın "Qaynar xətt"inə zəng edərək şikayətini bildirə bilər.
Onun sözlərinə görə, sığorta şirkərinin avtomobilin mühərrik həcmi ilə yanaşı, istehsal edildiyi ölkədən asılı olmayaraq icbari sığortasından imtina etmək hüququ yoxdur.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, "İcbari sığortalar haqqında" Qanunun 3.1.1-ci maddəsinə əsasən icbari sığortaların müvafiq sığorta növü üzrə sığorta marağı olan hər kəsə şamil edilməsi və məcburiliyi icbari sığortaların bu Qanunda nəzərdə tutulan əsas prinsiplərindəndir.
"Həmin Qanunun 5.3-cü maddəsinə əsasən sığortalılar sığorta müqaviləsi bağlamaq üçün müvafiq icbari sığorta növünün aparılmasına icazəsi olan hər hansı sığortaçını seçməkdə sərbəstdirlər. "Sığorta fəaliyyəti haqqında" Qanunun 3.4-cü və "İcbari sığortalar haqqında" Qanunun 23.3-cü maddələrinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Sığorta bazarında avtoicbari üzrə bəzi marka və model avtomobillərin sığortaçılar tərəfindən sığortalanmasından imtina edildiyinə dair şikayətlər Mərkəzi Banka daxil olduqda müraciət edən vətəndaşların icbari sığortalanması dərhal təmin edilir.
Ümumilikdə, Mərkəzi Banka daxil olmuş istehlakçı müraciətləri əsasında tərəfimizdən sığorta bazarının ümumi monitorinqi aparılır və istehlakçıların qanuni mənafelərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mümkün nəzarət tədbirləri həyata keçirilir.
Qeyd edək ki, avtoicbari müqavilələrinin qeyri-qanuni yolla bağlanmasına dair Mərkəzi Banka bugünədək hər hansı məlumat daxil olmayıb.
"Belə hallar olduğu təqdirdə müvafiq şəkildə Mərkəzi Banka müraciət edilməsi xahiş olunur. Sığorta sektorunda tənzimləmə və nəzarətin sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, həmçinin istehlakçıların qanuni mənafelərinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq lazımi tədbirlərin görülməsi davam etdiriləcəkdir", - açıqlamada deyilir.