DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minlərlə şəhər sakini Bubanı son mənzilə yola salıb

© Sputnik / Владимир УмикашвилиVaxtanq Kikabidze
Vaxtanq Kikabidze - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Vida mərasimində minlərlə şəhər sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər. Vaxtanq Kikabidze Tbilisinin Vera məzarlığında dəfn edilib.
BAKI, 19 yanvar — Sputnik. Sovet və Gürcüstan incəsənətinin görkəmli nümayəndəsi, əfsanəvi müğənni və aktyor Vaxtanq (Buba) Kikabidze dəfn edilib.
Tbilisidəki Böyük Konsert Zalında keçirilən vida mərasimindən sonra onun Gürcüstan və Ukrayna bayrağına bürünmüş tabutu son mənzilə yola salınıb.
Vida mərasimində minlərlə şəhər sakini, Gürcüstanın ictimai-siyasi xadimləri, aktyorun sənət yoldaşları, xarici ölkələrin diplomatları iştirak ediblər. Vaxtanq Kikabidze Tbilisinin Vera məzarlığında dəfn edilib.
Xatırladaq ki, gürcü kinoaktyoru, estrada müğənnisi, ssenarist, kinorejissor, bəstəkar Vaxtanq Kikabidze yanvar ayının 15-də 84 yaşında vəfat edib.
Aktyor, ssenarist və rejissor Vaxtanq Konstantinoviç Kikabidze 1938-ci il iyulun 19-da Tbilisidə anadan olub.
Orta məktəbdə musiqi ilə məşğul olmağa, tələbə orkestrinin məşqlərində iştirak etməyə başlayıb, zərb alətlərində ifa edib, mahnı oxuyub.
1959-cu ildə Kikabidze Tbilisi Filarmoniyasının artisti olub. Səhnədəki karyerasının başlanğıcı 1960-1970-ci illərdə çıxış etdiyi Dielo və "Orera" caz ansamblları ilə bağlıdır.
1966-cı ildə Kikabidze "Orera"da zərb alətləri çalıb, həmçinin solist olub, gürcü, rus, italyan və ingilis dillərində mahnılar ifa edib.
Xəbər lenti
0