https://sputnik.az/20230119/lham-eliyev-davosda-avrasiya-orta-dehlizi-yoldan-magistrala-panelinde-cixis-edir-vdeo-450843168.html
İlham Əliyev Davosda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” panelində - VİDEO
İlham Əliyev Davosda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” panelində - VİDEO
Sputnik Azərbaycan
Azərbaycan prezidentinin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasa qatılıb. 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T18:29+0400
2023-01-19T18:29+0400
2023-01-19T18:38+0400
siyasət
prezident ilham əliyev
davos
davos dünya iqtisadi forumu
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450812164_0:195:2948:1853_1920x0_80_0_0_a0651fb350a8152d21156e3d14a5cc2b.jpg
BAKI, 19 yanvar - Sputnik. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclas keçirilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edir.Xatırladaq ki, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçirilir. Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edir. Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450812164_109:0:2840:2048_1920x0_80_0_0_21e95af436d74ec499733b6a99784639.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, davos, davos dünya iqtisadi forumu
prezident ilham əliyev, davos, davos dünya iqtisadi forumu
İlham Əliyev Davosda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” panelində - VİDEO
18:29 19.01.2023 (Yenilənib: 18:38 19.01.2023) Azərbaycan prezidentinin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda keçirilən panel iclasa qatılıb.
BAKI, 19 yanvar - Sputnik. Yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclas keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edir.
Xatırladaq ki, yanvarın 16-dan 20-dək İsveçrənin Davos şəhərində “Parçalanmış dünya şəraitində əməkdaşlıq” devizi altında Dünya İqtisadi Forumu (DİF) keçirilir.
Tədbirdə 50-dən çox dövlət və hökumət başçısı, 19 mərkəzi bank rəhbəri, 30 ticarət naziri və 35 xarici işlər naziri, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Ticarət Təşkilatının rəhbərləri iştirak edir.
Ötən əsrin 70-ci illərindən Davos qışda dünya liderlərini, iri şirkətlərin top menecerlərini, siyasi və ictimai xadimləri qəbul edir.
2021-ci ildə DİF-in iclası koronavirus pandemiyası səbəbindən onlayn keçirilib. 2022-ci ildə Forum COVID səbəbindən yanvar ayından may ayına ertələnib.
Davosda keçirilən Dünya İqtisadi Forumu (World Economic Forum) dövlət-özəl sektor əməkdaşlığı üzrə beynəlxalq təşkilatdır. Forumun təsisçisi və dəyişməz rəhbəri Cenevrə Universitetinin professoru Klaus Şvabdır. DİF-in builki proqramı özündə dünyanın ən aktual problemlərinin həlli üçün dövlət-özəl sektor tərəfdaşlığına çağırışı ehtiva edir, eyni zamanda dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır.