SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanın səmimiyyətini sözdə yox, əməldə görmək istəyirik - Çavuşoğlu

© AFP 2024 / ADEM ALTANMövlud Çavuşoğlu, arxiv şəkli
Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşmaya sadiq qalır.
BAKI, 19 yanvar — Sputnik. Ankara İrəvanla normallaşma prosesində Ermənistan tərəfdən "təkcə sözdə deyil, həm də əməldə" səmimiyyət görmək istəyir. Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da yaşayan türklərlə görüşündə deyib.
"Biz sülhə doğru səmimi addımların atılacağını gözləyirik. Təəssüf ki, bu yaxınlarda geriyə doğru addımlar gördük. Bu gün ABŞ dövlət katibi Entoni Blinken dedi ki, Ermənistanın Baş naziri Nikol Paşinyan səmimidir, ancaq biz bunu sözdə deyil, əməldə görmək istəyirik.
Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini xatırladan Çavuşoğlu bildirib ki, Ankara və Bakı normallaşmaya sadiq qalır:
"Mən bunu deyə bilərəm, əziz, qardaş Azərbaycan adından rahatlıqla deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşmaya səmimiyyətlə sadiqdirlər".
2021-ci ilin dekabrında İrəvan və Türkiyə normallaşma danışıqları üçün xüsusi nümayəndələrini təyin ediblər. Ruben Rubinyan və Serdar Kılıç il ərzində bir neçə görüş keçirib. Bundan əlavə, oktyabrda Ermənistanın Baş naziri və Türkiyə prezidenti ilk dəfə Praqada görüşüblər. İndiyədək tərəflər hava yük daşımalarının qurulması, habelə üçüncü ölkə vətəndaşları üçün quru əlaqəsinin açılması barədə razılığa gəliblər. Eyni zamanda, Türkiyə rəsmiləri hər dəfə bəyan edirlər ki, İrəvanla danışıqlar prosesi Bakı ilə sıx əlaqələndirilir.
Xəbər lenti
0