SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Diktatuta rejimini sanksiyalar yox, xalqın dirənişi məğlub edir - Ərdəbilidən çağırış

© AFP 2024 / -İranda etirazlar
İranda etirazlar - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili deyib ki, sanksiyalar, dünya ictimaiyyətinin İran rejiminə olan mənfi münasibəti millətə ruh, təkan verir.
BAKI, 19 yanvar - Sputnik. “Sanksiyalar heç vaxt diktatuta rejimini tam məğlub etməyib. Bunu haqlarını tələb edən insanlar reallaşdırır”.
Bunu İsveçdə yaşayan ərdəbilli jurnalist, Stokholmdakı “Azərbaycan səsi” radiosunun rəhbəri, “Tribun” jurnalının baş redaktoru, “Azərbaycan Tribunu” saytının direktoru, Güney Azərbaycan Milli Demokratik Birliyi təşkilatının sözçüsü Əlirza Ərdəbili deyib.
Yanvarın 19-da Bakıda “Güney Azərbaycan məsələsi beynəlxalq aləmdə” mövzusunda keçirilən dəyirmi masada çıxış edən Ə.Ərdəbili söyləyib ki, İranda haqlarını tələb edən insanlar bu gün meydanlardadırlar(Report).
“Təbii ki, həmin sanksiyalar, dünya ictimaiyyətinin İran rejiminə olan mənfi münasibəti millətə ruh, təkan verir. Nəticədə millət öz mübarizəsini davam etdirə bilir. Dünyanın hər yerində, o cümlədən Cənubi Afrikada, ABŞ-da da belə olub: zülm altında olan insanların mübarizəsi diktatura rejimlərini çökdürüb”, - güney azərbaycanlı fəal vurğulayıb.
Onun sözlərinə görə, aksiyada ölənlərin etnik kimliyi, o cümlədədən onların adları, soyadları insan haqları ilə bağlı müxtəlif məruzələrdə öz əksini tapıb:
“İki gün bundan əvvəl professor Lalə Cavanşir, professor Ramin Cabbarlı və iki başqa cənublu alim 75 səhifəlik məruzə hazırladılar. Bundan əvvəl insan haqları cəmiyyəti Ərk qalasında da buna oxşar addımlar atıb”.
Xəbər lenti
0