Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bölgələrə onlayn bilet almaq mümkün olacaq

© AFP 2023 / GREG BAKERlaptop
laptop - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Bilet əldə etmək üçün sərnişinlər "biletim.az" saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dan yükləmək mümkündür.
BAKI, 19 yanvar — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "biletim.az" portalına daha 4 istiqamət əlavə edilib.
Artıq sərnişinlər paytaxt Bakıdan Balakən, Gədəbəy, Oğuz və Horadizə, eləcə də əks istiqamətə hərəkət edən avtobuslara onlayn bilet ala biləcəklər.
Sistemdə ilkin mərhələdə Bakıdan Gəncə, Qazax, Bərdə, Mingəçevir, Göyçay, Şəki, Zaqatala, Qax, Quba, Qusar, Xudat, Astara və Lənkəran olmaqla 13 marşrut üzrə avtobuslara bilet əldə etmək mümkün idi. Portala daxil edilən istiqamətlərin sayı hazırda 17-yə çatıb.
Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər "biletim.az" saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dan yükləmək mümkündür.
Xəbər lenti
0