DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bişkek Aİ ilə tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır - XİN

© Sputnik / Tabyildyi Kadyirbekov / Mediabanka keçidBişkek
Bişkek  - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Xarici işlər naziri bildirib ki, Qırğızıstan tərəfinin bu mövzuda 27 dövlətlə eyni vaxtda danışıqlar aparması çətindir.
BAKI, 19 yanvar — Sputnik. Qırğızıstan ilin sonuna qədər Avropa İttifaqı (Aİ) ilə genişləndirilmiş əməkdaşlıq sazişi imzalamağa ümid edir. Bu barədə Bişkekdə keçirilən mətbuat konfransında Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib.
"Biz Avropa İttifaqı ilə geniş əməkdaşlıq haqqında saziş hazırlayırıq. Yəqin ki, bir il ərzində onu imzalayacağıq".
Onun sözlərinə görə, sənədin imzalanmasının gecikməsi texniki məsələlərlə bağlıdır. Xüsusilə, əvvəllər Aİ katibliyinin imzalamaq hüququ var idi, lakin prosedur dəyişdi və indi ittifaqın 27 ölkəsinin hər birinin sazişi təsdiqləməsi zəruridir.
Nazir xatırladıb ki, hazırlıq üç ildən çoxdur ki, gedir.
O qeyd edib ki, Qırğızıstan tərəfinin bu mövzuda 27 dövlətlə eyni vaxtda danışıqlar aparması çətindir. Yaxın vaxtlarda saziş layihəsi bu ölkələrin dillərinə tərcümə olunacaq. Bundan sonra avropalı tərəfdaşlar sənədin imzalanmasını səlahiyyətli orqana həvalə etməlidirlər.
Kulubayevin sözlərinə görə, ABŞ-la da analoji sənədin imzalanması üzərində iş gedir. "Texniki olaraq müzakirə edilməli olan bir sıra məsələlər var idi. Hazır olanda biz davam edəcəyik, lakin hələ ki, bunun nə vaxt baş verəcəyini dəqiq deyə bilmərəm", - deyə o əlavə edib.
Bir neçə il əvvəl Qırğızıstan tərəfi ötən əsrin 90-cı illərində imzalanmış sənədlərin müasir reallıqlara uyğun gəlmədiyi üçün Aİ və ABŞ ilə əməkdaşlıq sazişlərini ləğv edib və onları yeniləmək niyyətində olduğunu bildirib.
Xəbər lenti
0