CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" abonentlərinin neçə faizi maksimal qaz istifadəsi limitini keçib?

© Photo : AzeriGas Production Union "Azəriqaz" İB əmkdaşı
 Azəriqaz İB əmkdaşı - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Rövşən Məhyəddinov qeyd edib ki, cəmi 15% abonent isə 2500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib.
BAKI, 19 yanvar — Sputnik. Ötən il SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 43,5%-i aşağı qaz istifadəsi limitini (1200 kubmetrədək) keçməyib. Bunu İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov "Açıq qapı" aksiyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 1200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 41,5% abonent keçib. Rövşən Məhyəddinov qeyd edib ki, cəmi 15% abonent isə 2500 kubmetrədən artıq, yəni bir kubmetrə görə 25 qəpik olan tarifdən istifadə edib.
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.
Xəbər lenti
0