https://sputnik.az/20230119/azerbaycanda-yol-qezalarinda-ne-qeder-adam-olub-oten-ilin-statistikasi-450834275.html
Azərbaycanda yol qəzalarında nə qədər adam ölüb? Ötən ilin statistikası
Azərbaycanda yol qəzalarında nə qədər adam ölüb? Ötən ilin statistikası
Sputnik Azərbaycan
2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. 269 piyadanı isə avtomobil vurub, onlardan 134... 19.01.2023, Sputnik Azərbaycan
2023-01-19T19:28+0400
2023-01-19T19:28+0400
2023-01-19T19:28+0400
qəza
cəmiyyət
yol polisi
baş dövlət yol polisi idarəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445688780_1:0:1000:562_1920x0_80_0_0_08dcaab6a774e2436d4db2aa4975bc95.jpg
BAKI, 19 yanvar — Sputnik. Bakıda ötən illərlə müqayisədə yol qəzalarının sayı kəskin azalıb. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib: "Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır". Bundan başqa, ötən il avtomobil vurması nəticəsində dünyasını dəyişənlərin də sayı məlum olub. Belə ki, ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib. Onun sözlərinə görə, 153 piyada xəsarət alıb: "Ötən illə müqayisədə paytaxtda piyada vurma 41 fakt azalıb". A.Əsgərli bildirib ki, Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb. Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb. DYP rəsmisi söyləyib ki, bu göstəricilər ötən illərlə müqayisədə kəskin azalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445688780_126:0:875:562_1920x0_80_0_0_ffe8bb411d779cc1edad29466f9bcca3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qəza, yol polisi, baş dövlət yol polisi idarəsi
qəza, yol polisi, baş dövlət yol polisi idarəsi
Azərbaycanda yol qəzalarında nə qədər adam ölüb? Ötən ilin statistikası
2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. 269 piyadanı isə avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
BAKI, 19 yanvar — Sputnik. Bakıda ötən illərlə müqayisədə yol qəzalarının sayı kəskin azalıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib.
DYP əməkdaşı bildirib ki, 2022-ci ildə Bakıda 437 ağır yol-nəqliyyat hadisəsi baş verib: "Nəticədə 188 nəfər ölüb, 355 nəfər xəsarət alıb. Bu, ötən illə müqayisədə 77 hadisə, 23 ölüm halı, 58 xəsarət halı azdır".
Bundan başqa, ötən il avtomobil vurması nəticəsində dünyasını dəyişənlərin də sayı məlum olub. Belə ki, ötən il Bakıda 269 piyadanı avtomobil vurub, onlardan 134 nəfəri dünyasını dəyişib.
Onun sözlərinə görə, 153 piyada xəsarət alıb: "Ötən illə müqayisədə paytaxtda piyada vurma 41 fakt azalıb".
A.Əsgərli bildirib ki, Bakıda ötən il motosikletlərin iştirakı ilə 4 hadisə baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Moped sürücüləri isə 14 hadisə törədib. Nəticədə 1 nəfər ölüb və 14 nəfər xəsarət alıb.
Velosipedlə törədilən 4 qəzada isə 1 nəfər ölüb, 3 şəxs xəsarət alıb.
DYP rəsmisi söyləyib ki, bu göstəricilər ötən illərlə müqayisədə kəskin azalıb.