SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan arasında dialoqu dəstəkləməyə hazırıq - ABŞ Dövlət Departamenti

© AFP 2023 / DANIEL SLIMABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti - Sputnik Azərbaycan, 1920, 19.01.2023
Abunə olmaq
Ölkə liderləri və ya xarici işlər nazirləri səviyyəsində görüşün təşkil olunub-olunmayacağı ilə bağlı suala Prays cavab verib ki, bununla bağlı qərar Ermənistan və Azərbaycan tərəflərinə məxsusdur.
BAKI, 19 yanvar — Sputnik. Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında danışıqlar prosesində geriləmə görür və tərəflər arasında dialoqu dəstəkləməyə hazırdır. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.
O xatırladıb ki, ABŞ dövlət katibi Entoni Blinken Ermənistan Prezidenti Nikol Paşinyanla telefon danışığı aparıb və onun yaxın günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə danışacağını gözləmək olar.
Birləşmiş Ştatlar mövcud vəziyyətdə ən yaxşı şəkildə kömək edəcək səylərə hazırdır, deyən Prays, Blinkenin ötən ilin sonunda erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşdüyünü xatırladıb.
"Əlbəttə ki, son dövrlərdə biz Qarabağla bağlı geriləmə görürük və konstruktiv dialoqun bərpa olunmasını istəyirik. Biz ikitərəfli səviyyədə, eləcə də tərəfdaşlarla, o cümlədən ATƏT-lə və ya lazım gələrsə, əvvəllər etdiyimiz kimi üçtərəfli formatda dəstəyə hazırıq", - deyə Prays qeyd edib.
O qeyd edib ki, Dövlət Departamentində bu məsələ ilə bir sıra məsul şəxslər məşğul olur, o cümlədən dövlət katibi Blinkenin özü də bu məsələni özü üçün şəxsi prioritet hesab edir.
Ölkə liderləri və ya xarici işlər nazirləri səviyyəsində görüşün təşkil olunub-olunmayacağı ilə bağlı suala Prays cavab verib ki, bununla bağlı qərar Ermənistan və Azərbaycan tərəflərinə məxsusdur.
Xatırladaq ki, yanvarın 18-də Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
ABŞ dövlət katibi Laçın dəhlizinin sərbəst işləməsinin vacibliyini vurğulayaraq, ABŞ-ın bu problemin həlli istiqamətində səylərini davam etdirməyə hazır olduğunu qeyd edib.
Xəbər lenti
0