https://sputnik.az/20230118/neft-bahalasir---ne-bas-verir-450780212.html
Neft bahalaşır - Nə baş verir?
Neft bahalaşır - Nə baş verir?
Sputnik Azərbaycan
Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T13:39+0400
2023-01-18T13:39+0400
2023-01-18T13:39+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242079_0:148:3114:1900_1920x0_80_0_0_6ec63c720288e8d15b63b3918a4c2e64.jpg
BAKI, 18 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,98 dollar artaraq 86,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,98 dollar bahalaşaraq 81,16 dollar olub. Azərbaycan neftinin qiyməti 0,88 dollar artaraq 91,23 dollar olub. Çində "qara qızıl"a tələbin artacağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri artıb. Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib. Neftin əsas idxalçısı olan bu ölkədə koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması neftə olan tələbə müsbət təsir göstərib. Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb. Cari ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da öncəki proqnoz göstəricisindən 1000 barel çox olaraq illik müqayisədə 60 min barel artım deməkdir. Hesabata əsasən, 2022-ci ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 34 min barel azdır. Öncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 7 min barel azaldılıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450242079_192:0:2923:2048_1920x0_80_0_0_7a1399ad3000f8ff8b8b767651799bc2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Neft bahalaşır - Nə baş verir?
Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib.
BAKI, 18 yanvar — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında "Brent" markalı neftin qiyməti 0,98 dollar artaraq 86,9 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,98 dollar bahalaşaraq 81,16 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,88 dollar artaraq 91,23 dollar olub.
Çində "qara qızıl"a tələbin artacağı ilə bağlı gözləntilər fonunda dünya bazarında neft qiymətləri artıb. Treyderlərin əsas diqqəti dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çinə yönəlib. Neftin əsas idxalçısı olan bu ölkədə koronavirusla bağlı bəzi məhdudiyyətlərin aradan qaldırılması neftə olan tələbə müsbət təsir göstərib.
Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu artırıb.
Cari ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 800 min barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu da öncəki proqnoz göstəricisindən 1000 barel çox olaraq illik müqayisədə 60 min barel artım deməkdir.
Hesabata əsasən, 2022-ci ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 34 min barel azdır. Öncəki ehtimal olunan göstərici ilə müqayisədə artım tempi üzrə proqnoz 7 min barel azaldılıb.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.