DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Minsk ŞƏT-ə daxil olma prosedurlarını sürətləndirməyə hazırdır - Belarus XİN

© Sputnik / Alexandr Kryazhev / Host Photo Agency sco-russia2020.ru / Mediabanka keçidŞanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Belarus 2010-cu ildən dialoq üzrə tərəfdaşdır, 2015-ci ildən isə ŞƏT-in rəsmi müşahidəçisi statusuna malikdir.
BAKI, 18 yanvar - Sputnik. Rəsmi Minsk Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv kimi daxil olması üçün beynəlxalq hüquqi prosedurların həyata keçirilməsini sürətləndirməyə hazırdır. Bunu Belarus Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası Baş İdarəsinin rəisi İqor Belı deyib.
Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, diplomat yanvarın 17-də ŞƏT-ə üzv dövlətlərin səlahiyyətli nümayəndələri ilə Belarusun səlahiyyətli nümayəndəsi arasında məsləhətləşmələrdən sonra protokolun imzalanması mərasimində iştirak edib.
“Tədbir zamanı Belarus tərəfi ŞƏT-ə tamhüquqlu üzv kimi daxil olmaq üçün beynəlxalq hüquqi prosedurların həyata keçirilməsini sürətləndirməyə hazır olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, 2010-cu ildən Belarus dialoq üzrə tərəfdaşdır, 2015-ci ildən isə ŞƏT-in rəsmi müşahidəçisi statusuna malikdir.
Belarusun təşkilata qəbulu prosedurunun başlanması barədə qərar 2022-ci ilin sentyabrında Səmərqənddə (Özbəkistan) keçirilən ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında qəbul edilib.
Xəbər lenti
0