https://sputnik.az/20230118/ceyhun-bayramovun-yunanistanin-olkemize-yeni-teyin-olunmus-sefirini-qebul-edib-450815414.html
Ceyhun Bayramovun Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Ceyhun Bayramovun Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Sputnik Azərbaycan
Xarici siyasət idarəsinin rəhbəri həmsöhbətinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Azərbaycan tərəfindən bu istiqamətdə atılan... 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T22:56+0400
2023-01-18T22:56+0400
2023-01-18T22:56+0400
siyasət
ceyhun bayramov
yunanıstan
səfir
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450815100_0:160:3072:1888_1920x0_80_0_0_d6625ac7154c66f486024009a2da2533.jpg
BAKI, 18 yanvar - Sputnik. Yanvarın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Kristo Kapodistria ilə görüşü baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilir ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.Nazir Ceyhun Bayramov səfir Kristo Kaposdistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan Xarici İşlər Naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.Ötən ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb.Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450815100_171:0:2902:2048_1920x0_80_0_0_b5a9f13269ea8b517d30860ff2061958.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, yunanıstan, səfir
ceyhun bayramov, yunanıstan, səfir
Ceyhun Bayramovun Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Xarici siyasət idarəsinin rəhbəri həmsöhbətinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr barədə ətraflı məlumat verib.
BAKI, 18 yanvar - Sputnik. Yanvarın 18-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı yeni səfiri Kristo Kapodistria ilə görüşü baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilir ki, görüş zamanı, səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir Ceyhun Bayramov səfir Kristo Kaposdistrianı təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər, siyasi, iqtisadi, enerji, humanitar, təhsil, turizm və digər sahələrdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının iclasları çərçivəsində Yunanıstan Xarici İşlər Naziri Nikos Dendias ilə Stokholm və Lodz şəhərlərində görüşünə istinad edərək, iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.
Ötən ilin 1 oktyabr tarixində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşünün əhəmiyyətini vurğulayıb.
Ceyhun Bayramov həmsöhbətinə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, sülh quruculuğu, Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlar və irəli sürülən təşəbbüslər, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, habelə Ermənistanın sözügedən proseslər çərçivəsində törətdiyi maneələr və qeyri-konstruktiv mövqeyi barədə ətraflı məlumat verib.
Öz növbəsində, Kristo Kapodistria diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. Azərbaycan və Yunanıstan arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edən səfir K. Kapodistria, ölkələr arasında turizm, enerji, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə edib.
Görüş zamanı, habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.