https://sputnik.az/20230118/azerbaycan-xn-avstriyaya-cavab-verdi-450793206.html
Azərbaycan XİN Avstriyaya cavab verdi
Azərbaycan XİN Avstriyaya cavab verdi
Sputnik Azərbaycan
XİN-dən bildirilib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası... 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T15:12+0400
2023-01-18T15:12+0400
2023-01-18T15:12+0400
azərbaycan xin
siyasət
avstriya
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_0:0:850:478_1920x0_80_0_0_549c7e095bf8537182d2b81524c767c4.jpg
BAKI, 18 yanvar — Sputnik. "Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib:Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir. Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/14/447657259_141:0:848:530_1920x0_80_0_0_d7ec0d22cbd752a86d8d7b75ac718795.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan xin, avstriya
Azərbaycan XİN Avstriyaya cavab verdi
XİN-dən bildirilib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib.
BAKI, 18 yanvar — Sputnik. "Laçın yolu açıqdır və hərəkət azadlığı təmin edilir". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.
O bildirib ki, yalnız 2022-ci il dekabrın 12-dən dekabrın 15-dək BQXK-nın, Rusiya sülhməramlı kontingentinin və yerli erməni sakinlərinin 644 texnikası hər iki istiqamətdə keçib:
"Blokada" ilə bağlı iddiaların heç bir əsası yoxdur!"
Qeyd edək ki, daha əvvəl Avstriyanın xarici işlər naziri Aleksander Şalenberq Azərbaycanı Laçın yolunu açmağa çağırmışdı.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 38 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.