https://sputnik.az/20230118/azerbaycan-prezidenti-signify-sirketinin-bas-icraci-direktoru-ile-gorusub-450797833.html
Azərbaycan Prezidenti "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Azərbaycan Prezidenti "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Sputnik Azərbaycan
Şirkətin baş icraçı direktoru diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə... 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T16:19+0400
2023-01-18T16:19+0400
2023-01-18T16:19+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
görüş
davos
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450777807_0:68:949:602_1920x0_80_0_0_79b384d795fe4de11f2e8d0c3e260cf6.jpg
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub. Erik Rondolat dövlət başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib. Prezident İlham Əliyev "Signify" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd etdi, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirdi. Qeyd edildi ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq. "Signify" şirkətinin baş icraçı direktoru diqqətə çatdırdı ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq. Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verdi. Bildirildi ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd edib və "Signify" şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450777807_29:0:921:669_1920x0_80_0_0_bf3d2153a53dc6812b91b62dbc2ebd3c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
prezident ilham əliyev, görüş, davos
prezident ilham əliyev, görüş, davos
Azərbaycan Prezidenti "Signify" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Şirkətin baş icraçı direktoru diqqətə çatdırıb ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq.
BAKI, 18 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.
Erik Rondolat dövlət başçısına Azərbaycanda, o cümlədən işğaldan azad edilmiş ərazilərdə - Şuşa və Ağdam şəhərlərində həyata keçirilən layihələrin gedişatı və perspektivləri barədə məlumat verib.
Prezident İlham Əliyev "Signify" şirkətinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdi, Bakı, Sumqayıt, Gəncə də daxil olmaqla artıq 11-dən çox şəhərin işıqlandırma sistemlərinin ağıllı layihələr, ağıllı həllər vasitəsilə həyata keçirildiyini xüsusi qeyd etdi, bunun Azərbaycanın son illərdə yaşıl enerji siyasətinin dəstəklənməsi istiqamətində ciddi addımlarından biri olduğunu bildirdi. Qeyd edildi ki, bu yeni texnologiyalar nəticəsində elektrik enerjisi sərfinə ciddi şəkildə qənaət olunacaq.
"Signify" şirkətinin baş icraçı direktoru diqqətə çatdırdı ki, serverlər Azərbaycanda yerləşdirilməklə bütün bu şəhərlər ağıllı sistem vasitəsilə vahid mərkəzdən idarə olunacaq. Bu, Azərbaycana əlavə enerji sərfiyyatına qənaət imkanı yaradacaq.
Erik Rondolat Prezident İlham Əliyevə, eyni zamanda, Bakı şəhərində həyata keçiriləcək fasad işıqlandırılması, Şuşada teleqüllənin işıqlandırılması, aqrar sektorda reallaşdırılacaq layihələr barədə məlumat verdi. Bildirildi ki, artıq aqrar sektorda layihələrin icrasına başlanılıb. Bu, istixanalarda məhsuldarlığın iki dəfədən çox artımına gətirib çıxaracaq. Enerji sərfiyyatına ciddi şəkildə qənaət olunacaq ki, bu da biznesin dəstəklənməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Sonda dövlətimizin başçısı bu layihələrin əhəmiyyətini qeyd edib və "Signify" şirkəti ilə Azərbaycanın aidiyyəti qurumları arasında əməkdaşlığın davam etdirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb.