https://sputnik.az/20230118/azerbaycan-ordusunun-kadr-isleri-uzre-heyetinin-telim-toplanisi-kecirilir-450769251.html
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilir
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilir
Sputnik Azərbaycan
İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd... 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T10:56+0400
2023-01-18T10:56+0400
2023-01-18T10:56+0400
hərbi
müdafiə nazirliyi
müşavirə
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450768910_0:86:882:582_1920x0_80_0_0_37892ee617cf33525296c5e31c0bc06a.jpg
BAKI, 18 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq ötən il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib. General-mayor E.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb. İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər. Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib Xatırladaq ki, yanvarın 13-də müdafiə nazirinin təsdiq etdiyi cari ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təlim-metodiki toplanış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlər şəxsi heyətin diqqətinə çatdırılıb. Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlər haqqında danışılıb, bu istiqamətdə cari ildə qarşıda duran vəzifələr müzakirə edilib. Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib. “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Ordusunda hüquq sahəsində görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb. İştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450768910_0:3:882:665_1920x0_80_0_0_18931aec7920537d786b98444b34b50e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müdafiə nazirliyi, müşavirə
müdafiə nazirliyi, müşavirə
Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim toplanışı keçirilir
İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib.
BAKI, 18 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilir.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun salamlarını çatdıraraq ötən il ərzində görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib.
General-mayor E.Xəlilov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların uğurla davam etdirildiyini və bu islahatların Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını xüsusi vurğulayıb.
İdarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib, cari il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Toplanışda çıxış edən hərbi qulluqçular ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.
Hərbi hüquqşünaslarla təlim-metodiki toplanış keçirilib
Xatırladaq ki, yanvarın 13-də müdafiə nazirinin təsdiq etdiyi cari ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növü, baş idarə, idarələrin hüquqşünasları və Hüquq İdarəsinin zabitləri ilə təlim-metodiki toplanış keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təlim-metodiki toplanış zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına son müsahibəsində Azərbaycan Ordusu ilə bağlı səsləndirdiyi fikirlər şəxsi heyətin diqqətinə çatdırılıb.
Toplanışda hərbi intizamın daha da möhkəmləndirilməsi, qanun pozuntularına yol verilməməsi, şəxsi heyətə beynəlxalq humanitar hüququn əsasları, norma və prinsipləri, həmçinin silahlı münaqişə dövründə onların tətbiq edilməsinin əhəmiyyətinin çatdırılması istiqamətində görülən işlər haqqında danışılıb, bu istiqamətdə cari ildə qarşıda duran vəzifələr müzakirə edilib.
Həmçinin hərbi hissələrdə hüquq hazırlığının daha səmərəli təşkili, hərbi qulluqçuların hüquqi cəhətdən maarifləndirilməsi və digər mövzular üzrə məruzələr dinlənilib.
“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Ordusunda hüquq sahəsində görüləcək işlərlə bağlı ətraflı müzakirələr aparılıb.
İştirakçıların hüquq hazırlığının təşkili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, qanunvericiliyin və rəhbər sənədlərin tələblərinin öyrənilməsi məqsədilə keçirilən təlim-metodiki toplanışda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.