https://sputnik.az/20230118/azerbaycan-5-baza-prinsipi-esasinda-sulh-sazisinin-imzalanmasina-hazirdir---xn-450811160.html
Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına hazırdır - XİN
Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına hazırdır - XİN
Sputnik Azərbaycan
XİN rəsmisi bildirib ki, Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti danışıqlara razılıq verməsini gözləyir. 18.01.2023, Sputnik Azərbaycan
2023-01-18T19:25+0400
2023-01-18T19:25+0400
2023-01-18T19:25+0400
siyasət
azərbaycan xin
ermənistan
sülh
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_0:0:850:478_1920x0_80_0_0_b4c9e761d38363c6b919a0ef266a0bc8.jpg
BAKI, 18 yanvar - Sputnik. Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə yanvarın 18-də Ermənistan parlamentində sualları cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistanın bir aydır Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirməsi” ilə bağlı KİV-lərin suallarını cavablandırıb.A.Hacızadə bununla bağlı deyib ki, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur:"Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik".Daha sonra Hacızadə bildirib ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən il oktyabrın 2-də Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib:Xin rəsmisi bir daha bəyan edib ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır:"Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/12/450810982_82:0:789:530_1920x0_80_0_0_f34827d50babd27c60a21f2acde05664.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan xin, ermənistan, sülh
azərbaycan xin, ermənistan, sülh
Azərbaycan 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına hazırdır - XİN
XİN rəsmisi bildirib ki, Azərbaycan Ermənistandan sülh müqaviləsi üzrə növbəti danışıqlara razılıq verməsini gözləyir.
BAKI, 18 yanvar - Sputnik. Xarici İşlər Nazilriyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə yanvarın 18-də Ermənistan parlamentində sualları cavablandıran Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Ermənistanın bir aydır Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirməsi” ilə bağlı KİV-lərin suallarını cavablandırıb.
A.Hacızadə bununla bağlı deyib ki, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur:
"Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik".
Daha sonra Hacızadə bildirib ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən il oktyabrın 2-də Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib:
"Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün ötən il dekabrın 23-də Moskvada keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, bununla da danışıqlar prosesini pozub".
Xin rəsmisi bir daha bəyan edib ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır:
"Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir".