CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobil sahiblərinə şad xəbər - sığorta problemi aradan qalxır

© Sputnik / Rahim MuradovSığorta xidməti, arxiv şəkli
Sığorta xidməti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Abunə olmaq
Eksklüziv
İcraçı direktor bildirib ki, sığorta şirkətləri bu ilin yanvar ayının 21-dən etibarən icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməlidirlər.
BAKI, 21 yanvar — Sputnik. Azərbaycanda avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməlidirlər.
Bu barədə Sputnik Azərbaycan-a eksklüziv açıqlamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev verib.

"Avto-icbari sığorta lisenziyasına malik olan bütün şirkətlər bu ilin yanvar ayının 21-dən etibarən icbari avtoməsuliyyət sığortasının onlayn satışını təmin etməlidirlər", - deə o bildirib.

E.Mirsalayev deyib ki, indiyə qədər onlayn satışın təmin edilməsi könüllü olsa da, bu tarixdən etibarən sığorta şirkətləri məcburi qaydada onlayn satış sistemini yaratmalıdırlar.
© SputnikElmar Mirsalayev - Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru
Elmar Mirsalayev - Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru
 - Sputnik Azərbaycan, 1920, 18.01.2023
Elmar Mirsalayev - Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru
Qeyd edək ki, bəzi sığorta şirkətləri kiçik həcmli mühərriki olan avtomobilləri onlayn sığorta etməkdən imtina edir.
Sığorta şirkətləri sistemin işləmədiyini bildirərək kiçik mühərrikli avtomobil sahiblərinə ancaq baş ofisə yaxınlaşmalı olduqlarını bildirirdi. Problem sosial platformada kiçik həcmli mühərriki olan avtomobil sahiblərinin ciddi narazılığına səbəb olub.
Xəbər lenti
0