https://sputnik.az/20230117/turkiye-2022-ci-ilde-kiraye-qiymetlerinin-artimina-gore-56-olke-arasinda-birinci-olub-450758252.html
Türkiyə 2022-ci ildə kirayə qiymətlərinin artımına görə 56 ölkə arasında birinci olub
Türkiyə 2022-ci ildə kirayə qiymətlərinin artımına görə 56 ölkə arasında birinci olub
Sputnik Azərbaycan
Yüksək inflyasiyanın ən çox təsir etdiyi sahələrdən biri də mənzil qiymətləridir. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T19:39+0400
2023-01-17T19:39+0400
2023-01-17T19:40+0400
türkiyə
dünya xəbərləri
turist
kirayə
https://cdnn1.img.sputnik.az/img/42240/41/422404148_0:160:3073:1888_1920x0_80_0_0_91b3702ed94c15b78e58700aedd84dea.jpg
BAKI, 17 yanvar — Sputnik. Türkiyə 2022-ci ildə artan kirayə qiymətləri baxımından 56 ölkə arasında birinci yeri tutub. "Aydınlık" qəzeti Britaniyanın daşınmaz əmlak məsləhət şirkəti olan "Knight Frank" tərəfindən dərc olunan "Qlobal ev qiymətləri indeksi" hesabatına istinadən bu barədə yazıb. Qəzetdə yazılıb: "Türkiyə 160 faizlik artımla 56 ölkə arasında birinci yerdə qərarlaşıb. Yüksək inflyasiyanın ən çox təsir etdiyi sahələrdən biri də mənzil qiymətləridir. Son bir ildə mənzil qiymətləri və kirayə qiymətlərindəki artım dünyanın digər ölkələrindəki artımı üstələyib". Rieltorlar Palatasının sədri Nizamettin Aşa 2018-ci ildən sonra ev qiymətlərinin ümumi artımına işarə edərək, bu artımın 70 faizinin haqlı olduğunu, 30 faizinin isə "köpük" olduğunu bildirib. "Bu, əslində son bir ildə baş verən artım deyil. Son 5-6 ildə durğunluq yaşayan bazarı kampaniyalar hərəkətə keçirib. Bu qiymətlər çoxmu yüksəkdir? Təbii ki, bəli. Qiymət, işçi qüvvəsi, torpaq əlçatmazdır. Bunlar, əlbəttə ki, təsir edirlər, amma inanırıq ki, bu artımın yüzdə 70-i əsaslı səbəblərdəndir, yüzdə 30-u isə yox" - deyə Aydınlık onun sözlərindən nümunə gətirib. Milli Statistika İnstitutunun (TUİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya noyabrda 84,39%-dən dekabrda 64,27%-ə enib. Rəsmi məlumata görə, ən çox artım mənzil-kommunal xidmətlər (79,83%), sərinləşdirici içkilər (77,9%) və nəqliyyat xidmətlərində (54,5%) olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42240/41/422404148_170:0:2901:2048_1920x0_80_0_0_120e82fb5471163984e4823ef769f7e1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
türkiyə, turist, kirayə
Türkiyə 2022-ci ildə kirayə qiymətlərinin artımına görə 56 ölkə arasında birinci olub
19:39 17.01.2023 (Yenilənib: 19:40 17.01.2023) Yüksək inflyasiyanın ən çox təsir etdiyi sahələrdən biri də mənzil qiymətləridir.
BAKI, 17 yanvar — Sputnik. Türkiyə 2022-ci ildə artan kirayə qiymətləri baxımından 56 ölkə arasında birinci yeri tutub.
"Aydınlık" qəzeti Britaniyanın daşınmaz əmlak məsləhət şirkəti olan "Knight Frank" tərəfindən dərc olunan "Qlobal ev qiymətləri indeksi" hesabatına istinadən bu barədə yazıb.
Qəzetdə yazılıb: "Türkiyə 160 faizlik artımla 56 ölkə arasında birinci yerdə qərarlaşıb. Yüksək inflyasiyanın ən çox təsir etdiyi sahələrdən biri də mənzil qiymətləridir. Son bir ildə mənzil qiymətləri və kirayə qiymətlərindəki artım dünyanın digər ölkələrindəki artımı üstələyib".
Rieltorlar Palatasının sədri Nizamettin Aşa 2018-ci ildən sonra ev qiymətlərinin ümumi artımına işarə edərək, bu artımın 70 faizinin haqlı olduğunu, 30 faizinin isə "köpük" olduğunu bildirib.
"Bu, əslində son bir ildə baş verən artım deyil. Son 5-6 ildə durğunluq yaşayan bazarı kampaniyalar hərəkətə keçirib. Bu qiymətlər çoxmu yüksəkdir? Təbii ki, bəli. Qiymət, işçi qüvvəsi, torpaq əlçatmazdır. Bunlar, əlbəttə ki, təsir edirlər, amma inanırıq ki, bu artımın yüzdə 70-i əsaslı səbəblərdəndir, yüzdə 30-u isə yox" - deyə Aydınlık onun sözlərindən nümunə gətirib.
Milli Statistika İnstitutunun (TUİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya noyabrda 84,39%-dən dekabrda 64,27%-ə enib. Rəsmi məlumata görə, ən çox artım mənzil-kommunal xidmətlər (79,83%), sərinləşdirici içkilər (77,9%) və nəqliyyat xidmətlərində (54,5%) olub.