https://sputnik.az/20230117/perviz-sahbazov-azerbaycanin-esas-prioritetini-aciqladi-450734666.html
Pərviz Şahbazov Azərbaycanın əsas prioritetini açıqladı
Pərviz Şahbazov Azərbaycanın əsas prioritetini açıqladı
Sputnik Azərbaycan
Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T10:52+0400
2023-01-17T10:52+0400
2023-01-17T10:52+0400
iqtisadiyyat
energetika naziri pərviz şahbazov
prioritet
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218925_0:0:3129:1760_1920x0_80_0_0_711b619faf90b2f49a3b6f121df701db.jpg
BAKI, 17 yanvar — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycan üçün mühüm və güvənilən tərəfdaşdır. Bunu Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüşündə bildirib. P.Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib. Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. Azərbaycanla BƏƏ arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb. "Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı, daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində "Masdar" bizim üçün mühüm və güvənilən tərəfdaşdır", - deyə nazir əlavə edib. Bildirilib ki, "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın "yaşıl enerji" dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır. BƏƏ-nin energetika və infrastruktur naziri isə dünyada bərpa olunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillər və ölkəsinin "yaşıl enerji" üzrə hədəflərindən bəhs edib. "Yaşıl enerji" sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al Mazrouei Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib. Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434218925_0:0:2731:2048_1920x0_80_0_0_50c53f9230d8e6328dedea8ad529b99d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
energetika naziri pərviz şahbazov, prioritet, azərbaycan
energetika naziri pərviz şahbazov, prioritet, azərbaycan
Pərviz Şahbazov Azərbaycanın əsas prioritetini açıqladı
Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib.
BAKI, 17 yanvar — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycan üçün mühüm və güvənilən tərəfdaşdır.
Bunu Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində energetika naziri Pərviz Şahbazov bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei ilə görüşündə bildirib.
P.Şahbazov dayanıqlı inkişafla bağlı müasir çağırışların mötəbər müzakirə platformasına dəvətə görə təşəkkürünü bildirib.
Tədbirdə Azərbaycan Prezidentinin iştirakının, həmçinin dövlət başçılarının görüşünün ölkələrimiz arasında yüksək münasibətlərin təzahürü olduğu qeyd edilib. Azərbaycanla BƏƏ arasında münasibətlərə strateji əhəmiyyət qazandıran əməkdaşlıq əlaqələrində isə enerjinin mühüm yer tutduğu vurğulanıb.
"Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı, daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində "Masdar" bizim üçün mühüm və güvənilən tərəfdaşdır", - deyə nazir əlavə edib.
Bildirilib ki, "yaşıl enerji"nin inkişafı və ötürülməsi ilə bağlı Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış əməkdaşlıq sənədinin, Azərbaycanın "yaşıl enerji" dəhlizinin mənbəyi olmasını təmin edəcək layihə və tədbirlərin icrası üzrə məsləhətləşmələr aparılır.
BƏƏ-nin energetika və infrastruktur naziri isə dünyada bərpa olunan enerji güclərinin quraşdırılma tendensiyası, bu sahənin inkişafı üçün zəruri amillər və ölkəsinin "yaşıl enerji" üzrə hədəflərindən bəhs edib.
"Yaşıl enerji" sahəsində beynəlxalq əməkdaşlığın önəmini vurğulayan Suhail Mohamed Al Mazrouei Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiklərini bildirib və ölkəsinin birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.
Söhbət zamanı, həmçinin beynəlxalq enerji bazarlarında son vəziyyətə dair fikir mübadiləsi aparılıb.