CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvana yeni fövqəladə hallar naziri təyin edilib

© Sputnik Vladimir FedorenkoM\mur
M\mur - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Bunun üçün general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib.
BAKI, 17 yanvar — Sputnik. Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri işdən çıxarılıb.
General-leytenant Şamı Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə artıq təyinat olub. Polkovnik Şahin Mirzəyev Naxçıvan MR-ın fövqəladə hallar naziri təyin edilib.
Naxçıvan fövqəladə hallar nazirinin dəyişməsi ilə əlaqədar fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Naxçıvana səfər edib. Nazir kadr dəyişikliyi ilə əlaqədar toplantı keçirib, yeni naziri təqdim edib.
Xatırladaq ki, bundan əvvəl Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad olunub.
Xəbər lenti
0