https://sputnik.az/20230117/kimsesiz-cetin-heyat-seraiti-olan-on-dord-qiz-siginacaqdadir-450751190.html
Kimsəsiz, çətin həyat şəraiti olan on dörd qız sığınacaqdadır
Kimsəsiz, çətin həyat şəraiti olan on dörd qız sığınacaqdadır
Sputnik Azərbaycan
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 14 qız müvəqqəti olaraq yaşayış yeri... 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T18:39+0400
2023-01-17T18:39+0400
2023-01-17T18:39+0400
sığınacaq
cəmiyyət
sosial
xidmətlər
agentlik
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622445_0:160:3072:1888_1920x0_80_0_0_58e82b98b088dca9b46a69fbe8f39fe9.jpg
BAKI, 17 yanvar — Sputnik. Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir. Müəssisədə yaşayan şəxslər əsasən ailə münaqişələri, yaxınlarının itirilməsi, çətin həyat şəraiti ilə üzləşmələri səbəbindən müəyyən yaşayış yeri olmayan şəxslərdir. Bu barədə Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, müəssisəyə müxtəlif yaş kateqoriyalarından qəbul var: "Müəssisəyə müxtəlif kateqoriyalardan olan 5-70 yaş arası vətəndaşlar qəbul olunurlar. Xüsusi olaraq qeyd edək ki, 5-18 yaş aralığında baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar müəssisəyə qəbul olunurlar. Onların burada olmalarının səbəbləri arasında valideynlərdən birinin və ya hər ikisinin itirilməsi, valideynlərin uşaqlarını atması, uşaqların çətin həyat şəraiti ilə üzləşmələri üstünlük təşkil edir". "Hazırda müəssisədə 14 qız müvəqqəti olaraq yaşayış yeri ilə təmin olunub və onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri göstərilir", - deyə məlumatda bildirilib. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisinə qəbul qaydalarına uyğun olaraq şəxsin həmin mərkəzə qəbul olunmazdan əvvəl onun sağlamlıq vəziyyəti müvafiq səhiyyə müəsisəsi tərəfindən yoxlanılır. Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/18/436622445_171:0:2902:2048_1920x0_80_0_0_fb0fc9a5909ec8c69964457ed6e3d420.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sığınacaq, sosial, xidmətlər, agentlik
sığınacaq, sosial, xidmətlər, agentlik
Kimsəsiz, çətin həyat şəraiti olan on dörd qız sığınacaqdadır
Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 14 qız müvəqqəti olaraq yaşayış yeri ilə təmin olunub
BAKI, 17 yanvar — Sputnik. Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların, müəyyən yaşayış yeri olmayan 18 yaşından yuxarı şəxslərin, görmə qabiliyyəti məhdudluğu olan şəxslərin və s. sosial reabilitasiyasını həyata keçirir. Müəssisədə yaşayan şəxslər əsasən ailə münaqişələri, yaxınlarının itirilməsi, çətin həyat şəraiti ilə üzləşmələri səbəbindən müəyyən yaşayış yeri olmayan şəxslərdir.
Bu barədə Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, müəssisəyə müxtəlif yaş kateqoriyalarından qəbul var: "Müəssisəyə müxtəlif kateqoriyalardan olan 5-70 yaş arası vətəndaşlar qəbul olunurlar. Xüsusi olaraq qeyd edək ki, 5-18 yaş aralığında baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar müəssisəyə qəbul olunurlar. Onların burada olmalarının səbəbləri arasında valideynlərdən birinin və ya hər ikisinin itirilməsi, valideynlərin uşaqlarını atması, uşaqların çətin həyat şəraiti ilə üzləşmələri üstünlük təşkil edir".
"Hazırda müəssisədə 14 qız müvəqqəti olaraq yaşayış yeri ilə təmin olunub və onlara sosial-hüquqi, tibbi-sosial, sosial-məişət xidmətləri göstərilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisinə qəbul qaydalarına uyğun olaraq şəxsin həmin mərkəzə qəbul olunmazdan əvvəl onun sağlamlıq vəziyyəti müvafiq səhiyyə müəsisəsi tərəfindən yoxlanılır. Həmçinin vətəndaşın yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış təqdim olunur.