https://sputnik.az/20230117/kecmis-mecburi-kockunler-ucun-insa-edilmis-evler-nagd-satilacaq---aciqlama-450744153.html
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlər nağd satılacaq - Açıqlama
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlər nağd satılacaq - Açıqlama
Sputnik Azərbaycan
Agentliyinin nümayəndəsi bildirib ki, proses "ms.sosial.gov.az" elektron portalı vasitəsi ilə həyata keçiriləcək. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T14:10+0400
2023-01-17T14:10+0400
2023-01-17T14:10+0400
cəmiyyət
ev
məcburi köçkünlər
qaçqınlar
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427464935_0:0:3641:2048_1920x0_80_0_0_9219b62fdc2b21753677cb76d0683cba.jpg
BAKI, 17 yanvar — Sputnik. Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı ilə bağlı detallar məlum olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Adil Əkbərov bildirib. Onun sözlərinə görə mənzillərin ödənişi nağd şəkildə olacaq: "Evlərin satışı ilə bağlı məhdudiyyət yoxdur. Hər kəs müraciət edib, ala bilər. Proses yanvarın 23-də saat 10:00-da başlayacaq. Beş qəsəbədə, beş layihə, 101 bina və 1662 mənzildən ibarət bir satış nəzərdə tutulur. Proses "ms.sosial.gov.az" elektron portalı vasitəsilə həyata keçiriləcək. Hər kompleks və binalar barədə məlumatlar orada yerləşdirilib. Ödəniş nağd olacaq, amma vətəndaşlar mənzilləri ipoteka ilə də əldə edə bilərlər". O qeyd edib ki, bir adam bir neçə mənzili bron edə və ala bilər: "Sistem evi kimin birinci bron etdiyini müəyyənləşdirir və şəxsi kabinetinə bildiriş gəlir. 10 gün ərzində mənzili almadıqda, onu ikinci bron edən şəxs ala bilər". Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/0e/427464935_454:0:3185:2048_1920x0_80_0_0_b8990ad8b522d0aa8dc51e6bd5bde28e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
ev, məcburi köçkünlər, qaçqınlar
ev, məcburi köçkünlər, qaçqınlar
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş evlər nağd satılacaq - Açıqlama
Agentliyinin nümayəndəsi bildirib ki, proses "ms.sosial.gov.az" elektron portalı vasitəsi ilə həyata keçiriləcək.
BAKI, 17 yanvar — Sputnik. Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı ilə bağlı detallar məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Adil Əkbərov bildirib.
Onun sözlərinə görə mənzillərin ödənişi nağd şəkildə olacaq:
"Evlərin satışı ilə bağlı məhdudiyyət yoxdur. Hər kəs müraciət edib, ala bilər. Proses yanvarın 23-də saat 10:00-da başlayacaq. Beş qəsəbədə, beş layihə, 101 bina və 1662 mənzildən ibarət bir satış nəzərdə tutulur. Proses "ms.sosial.gov.az" elektron portalı vasitəsilə həyata keçiriləcək. Hər kompleks və binalar barədə məlumatlar orada yerləşdirilib. Ödəniş nağd olacaq, amma vətəndaşlar mənzilləri ipoteka ilə də əldə edə bilərlər".
O qeyd edib ki, bir adam bir neçə mənzili bron edə və ala bilər:
"Sistem evi kimin birinci bron etdiyini müəyyənləşdirir və şəxsi kabinetinə bildiriş gəlir. 10 gün ərzində mənzili almadıqda, onu ikinci bron edən şəxs ala bilər".
Xatırladaq ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Bu fərman mənzilə ehtiyacı olan vətəndaşlarda ev almağa böyük ümid yaradıb.