https://sputnik.az/20230117/hamile-qadin-dunyasini-deyisdi-450734223.html
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub
Sputnik Azərbaycan
İlk övladını dünyaya gətirməyə hazırlaşan qadının bətnindəki dölün də tələf olduğu müəyyən edilib. 17.01.2023, Sputnik Azərbaycan
2023-01-17T18:47+0400
2023-01-17T18:47+0400
2023-01-17T19:17+0400
hadisə
hamilə qadın
hamilə
ölüm
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272184_0:0:3072:1728_1920x0_80_0_0_f2b0f7cf83953e93da07ad6a57f85692.jpg
BAKI, 17 yanvar — Sputnik. Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub."Report"un xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində baş verib.Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.***Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb. Kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər. Qeyd edək ki, 8 aylıq hamilə olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Həkimlər müayinə zamanı dölün də tələf olduğunu aşkar ediblər. Məlumat üçün bildirək ki, Azərbaycanda ana ölümü son üç illə müqayisədə artıb. 2010-cu ildə 26, 2015-ci ildə 24, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 ana ölümü qeydə alınıb. Ana ölümlərinə əsas səbəb olaraq qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ötən il yaydığı məlumata görə, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub. Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/21/422272184_341:0:3072:2048_1920x0_80_0_0_6a548d39bd8669c7adbb6aa56f95e586.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
hamilə qadın, hamilə, ölüm
hamilə qadın, hamilə, ölüm
Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub
18:47 17.01.2023 (Yenilənib: 19:17 17.01.2023) İlk övladını dünyaya gətirməyə hazırlaşan qadının bətnindəki dölün də tələf olduğu müəyyən edilib.
BAKI, 17 yanvar — Sputnik. Göyçayda 8 aylıq hamilə qadının ölümünün təfərrüatı və səbəbi məlum olub.
"Report"un xəbərinə görə, hadisə rayonun Çərəkə kəndində baş verib.
Kənd sakini, 1997-ci il təvəllüdlü Fidan Kərimova yaşadığı evdə eltisi olan bacısı ilə həyətə düşən zaman qəfildən halı pisləşib.
Bunu görən bacısı qışqıraraq ev sahiblərini köməyə çağırıb. Köməyə ilk gələn F.Kərimovanın qayınatası Qadir Kərimov olub.
Yaxınları dərhal təcili tibbi yardımı köməyə çağırıblar. Ünvana gələn həkim briqadası F.Kərimovanı müayinə edib və onun öldüyünü söyləyib.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Qan nümunələrinin analizi nəticəsində hamilə qadının tromboemboliyadan vəfat etdiyi məlum olub.
Yaxınlarının sözlərinə görə, F.Kərimova hamiləliyi dövründə mütəmadi mama-ginekoloqun müayinəsindən keçib. Amma həkimlər onun səhhətində hər hansı problem qeydə almayıblar.
Qeyd edək ki, F.Kərimova 3 ilə yaxındır ailəli olub. Bu, qadının ilk hamiləliyi olub.
Göyçay rayonunda hamilə qadın yaşadığı evdə qəflətən dünyasını dəyişib. Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çərəkə kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Kərimova Fidan Müzəffər qızı evin hamam otağında olarkən qəflətən halı pisləşib və yerə yıxılıb. Ailə üzvləri hadisədən xəbər tutduqda onun öldüyünü görüblər.
Qeyd edək ki, 8 aylıq hamilə olan Fidan Kərimova ilk övladını dünyaya gətirməyə hazırlaşırmış. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb. Həkimlər müayinə zamanı dölün də tələf olduğunu aşkar ediblər.
Məlumat üçün bildirək ki, Azərbaycanda ana ölümü son üç illə müqayisədə artıb. 2010-cu ildə 26, 2015-ci ildə 24, 2019-cu ildə 21, 2020-ci ildə isə 20 ana ölümü qeydə alınıb.
Ana ölümlərinə əsas səbəb olaraq qanaxmalar, hipertenziya, o cümlədən ağır preeklamsiya, eklamsiya, HELLP sindromu, sepsis və mamalıq emboliyaları, planlaşdırılmamış hamiləlik, hamiləlik öncəsi qadının müayinə olunmaması göstərilir.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun ötən il yaydığı məlumata görə, mövcud ağciyər-ürək xəstəlikləri, irsi xəstəliklər, ağır somatik patologiyalar, COVID-19 virusuna yoluxma halları ana ölümlərinə səbəb olub.
Ölüm hallarının qarşısını almaq üçün hamiləlik öncəsi müayinə, hamiləliyin planlı şəkildə təşkil olunması, vaxt itkisinə yol verməmək məqsədəuyğun hesab edilir.