Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Dörd ildir ki, Azərbaycanda qızılca xəstəliyi qeydə alınmır

© Depositphotos.com / Milkosqızılca
qızılca  - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Əhali arasında bela düşüncə var ki qızılca olmaq elə özü təbii peyvənddir.
BAKI, 17 yanvar — Sputnik. ÜST dünya ölkələrini şagirdləri qızılca əleyhinə peyvəndləməyə çağıraraq bunun çox əhəmiyyətli olduğunu bildirib.
Bəs, Azərbaycanda ümumi vəziyyət nə yerdədir?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, yoluxucu xəstəliklərin immunoprofilaktikası sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda nəzərəçarpacaq nailiyyətlər əldə edilib, bir çox xəstəliklər, o cümlədən qızılca xəstəliyi eliminasiya olunub:
"Hazırda Azərbaycanda uşaqların yoluxucu xəstəliklərdən qorunması üçün, 11 infeksiyaya qarşı peyvənd aparılır. Peyvənd təqviminə əsasən qızılca əleyhinə QPM vaksini ilə (qızılca-parotit-məxmərək əleyhinə) peyvəndlər uşaqların 12 aylığında və 6 yaşı tamam olduqda aparılır. Digər yaş qruplarında qızıca xəstəliyinə qarşı peyvəndlər epidemioloji göstəriş əsasında və ya hər hansı səbəbə görə peyvənddən kənarda qalan uşaqlar arasında aparılır. Epidemioloji göstəriş əsasında peyvəndlər 2019-cu ildə baş verən qızılca xəstəliyinin alovlanması zamanı məktəblilər və miqrasiya edən böyük yaşlı əhali arasında QM vaksini ilə (qızılca-məxmərək əleyhinə) aparılıb, 2019-cü ilin iyul ayından başlayaraq Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb".
"Ölkə üzrə uşaqlar arasında qızılcaya qarşı peyvəndlə əhatə olunma hər il 95-96% təşkil edir", - deyə məlumatda bildirilib.
Azərbaycanda şagirdlər arasında yoluxma ilə bağlı Elm və Təhsil Nazirliyində hər hansı rəqəm yoxdur. Bunun da səbəbi artıq 4 ildir ki, ölkədə yoluxma faktının qeydə alınmamasıdır.
Həkim-pediatr Rəna Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaq sağlamdırsa, ağır xəstəliyi yoxdursa, mütləq peyvənd olunmalıdır: "Qızılcaya görə peyvənd çox önəmlidir.Çünki peyvənd olunmayan uşaq qızılca xəstəliyi keçirərsə, onda 10-15 il sonra daha ağır beyin xəstəliyi yarana bilər, hətta beyni çürüyə, ölə də bilər".
"Ümumiyyətlə, qızılca xəstəliyi ağır keçir, yüksək hərarət və ağırlaşmalarla müşahidə olunur.. Bu səbəbdən də uşaqların, şagirdlərin peyvənd olunması vacibdir", - deyə o əlavə edib.
Mütəxəssis Türkiyədəki təcrübəsindən danışaraq iki ölkə arasında fərqin olduğunu bildirir: "Türkiyədə çalışdığım müddətdə Mərmərə Universitetində minlərlə xəstə gömüşdüm. Orada qızılcadan 15 il sonra olsa beyin zədələnməsindən də ölən 2 xəstəm olub. Am qeyd etdiyim kimi qızılca xəstəliyinə görə cəmi iki müraciət olub. Çünki Türkiyədə insanlar vaxtında peyvəndlənirlər. Yəni, Türkiyə ilə müqayisədə Azərbaycanda qızılca xəstəliyi daha çoxdur. Bunun da səbəbi Azərbaycanda insanların peyvənddən qorxmasıdır".
Bəzi düşüncələr də cəmiyətdə insanları peyvənddən uzaqlaşdırır. Əhali arasında bela düşüncə var ki qızılca olmaq elə özü təbii peyvənddir. Lakin həkim bu fikirlərlə razı deyil: "Bu təbii peyvəndlənmə deyil. İnsanın həmin müddətdə bu xəstəlikdən sağalması artıq hər şeyin qaydasında olması demək deyil".
Xatırladaq ki, ÜST 2023-cü ildə də vaksinasiyanın təbliğ olunmasını zəruri sayıb, bildirilib ki, belə olarsa məktəblərdəki sinif otaqları xoşbəxt və sağlam şagirdlərlə dolu olar.
Xəbər lenti
0