CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdman mütəxəssislərinin maaşı artırıldı

© AFP 2023 / MEHDI FEDOUACHZal
Zal - Sputnik Azərbaycan, 1920, 17.01.2023
Abunə olmaq
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib.
BAKI, 17 yanvar — Sputnik. İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artırılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 1230 manat məbləğində müəyyən edilib. Qərar bu ilin yanvarın 1-dən qüvvəyə minib.
Xatırladaq ki, daha əvvəl bu məbləğ 1070 manat olub.
manat - Sputnik Azərbaycan, 1920, 17.01.2023
CƏMİYYƏT
Büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin maaşı nə qədər artacaq?
Xəbər lenti
0